Bakıda bu aparat PUL PAYLAYIR: qarşısında uzun növbələr yaranıb - FOTO

Aparatdan pul çıxaran insanların çoxu işsizlərdir

Bakıda son günlər bir neçə yerdə “pulsuz pul” paylayan aparatlar quraşdırılıb.

BakuCity.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir.

Aparatdan borc istəməyə gələn insanların çoxu işsizlərdir. Onların bir neçəsi ilə söhbət zamanı bildirdilər ki, aparatdan çox razıdırlar. Çünki qohumlarından, tanışlarından ala bilmədikləri borcu bu dəmir parçası onlara 30 saniyə içərisində verir. Bəs nəyin qarşılığında?

Bu sualın cavabına keçməzdən öncə yenə də aparatdan borc almağa gələnlərin fikirlərinə nəzər salaq. Söhbət etdiyimiz şəxslərdən biri bildirdi ki, aparatdan 20 manat borc almağa gəlib. Ancaq bu borcu qaytarmaq fikrində deyil. Söylədi ki, bu gün camaatın banklara nə qədər borcu var və onlarla müqayisədə 20 manat nədir ki...

Borc alan şəxslərin əksəriyyəti ali təhsili olmayan insanlar idi. Onlar hesab edirdilər ki, bu pulu onlara Mərkəzi Bank verir. Bir-biriləri ilə söhbətləri əsasında hələ belə cümlələr də işlədirdilər:

“Allah Milli Bankın (Mərkəzi Bank) yiyəsinə kömək olsun. İndiki zamanda qardaşın qardaşa etmədiyi yaxşılığı bizə edir. Gürcüstanda bu aparatlardan çox görmüşük. Ancaq Azərbaycanda yox idi. 20 manat verir, 5 günün içərisində 21 manat qaytarmalısan. Qaytarandan sonra 40 manat götürmək olur. Bu aparatın hesabına evimizə çörək aparırıq. Nəyi pisdir ki? Belə getsə, aparatı insanlar əziz adamları qədər çox istəyəcəklər...”

Bu, aparatı Mərkəzi Bankın bankomatı zənn edən sadə vətəndaşların fikirləri idi. Bəs həqiqətdə necədir?

Əvvəla qeyd edək ki, aparatlar 10 gündən çoxdur Bakı ərazisində quraşdırılıb. Lakin bu barədə sosial şəbəkələrdə, mətbuatda geniş məlumat yoxdur. Araşdırmamız nəticəsində bir neçə iqtisadi ekspertlə də əlaqə saxladıq. Onlar da bu cür aparatın mövcudluğundan bixəbər olduqlarını bildirdilər. Borc pul almağa gələnlər isə söylədilər ki, bu barədə məlumatı dost-tanışlarından alıblar. Dost-tanışlar hesabına bu gün aparatların qarşısında uzun növbələr əskik olmur. Aparatlarla bağlı “azpul.az” saytında bəzi informasiyalar yerləşdirilib. Sayt bu aparatı quraşdıran şirkətə aiddir və tam işlək vəziyyətdə deyil. Lakin oradan bəzi məlumatları əldə etmək mümkündür. Saytda müştərilərin əlaqə saxlaması üçün nömrə də qoyulub. Həmin nömrə ilə əlaqə saxlayıb, bu aparatların hansı banka aid olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, aparatlar heç bir banka aid deyil: “Bu, sadəcə olaraq, lombarddır və heç bir banka aid deyil”.

Aparatların işləmə prinsipinə gəlincə, daha detallı qeyd edək ki, borc almaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır. “Azpul.az” saytında yazılanlara görə aparatda heç bir insan amili yoxdur: “O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur”.

Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir. Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra bir də mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.

Ekspertlər bildirirlər ki, əslində bu sistem olduqca təhlükəlidir. Çünki əməliyyatın kim tərəfindən aparılması, hansı serverdə saxlanılması məlum deyil. Ona görə də insanların şəxsi məlumatları kimlərinsə əlinə keçir. Ekspertlər hesab edirlər ki, bu, insanlar üçün əlavə problemlərə yol aça bilər. Bundan əlavə, söhbət etdiyimiz şəxslərin əksəriyyəti borcu qaytarmaq fikrində deyildilər. Növbədə dayanan şəxslərin çoxu işsiz olduqlarını bildirirdilər. Bu isə onu deməyə əsas verir ki, proses ölkədə borclu vətəndaşların sayını bir qədər də artıra bilər.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar və yaxın zamanlarda həmin qurumlar tərəfindən ictimaiyyətə açıqlama veriləcək.

BakuCity.az

Bakı pul bankomat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Fondun Bakı şəhər İdarəsi isə Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakı...
Kriminal
Paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar Binəqədi rayonunda yerləşən mənzillərdən birindən oğurluq olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximdətindən BakuCity.az-a verilən məlumata görə, naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən...
Siyasət
"Biz sosial şəbəkələrə göz yummaqda maraqlı deyilik" Sosial şəbəkələr olmasaydı, məntəqələrin 98 faizində seçkilər yaxşı keçməzdi. BakuCity.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib. Həmçinin oxu: MSK daha 7 məntəqənin nəticələrini etibarsız saydı O qeyd edib ki, bu, çox gözəl bir vasitədir: “Sosial şəbəkələrin imkanı çox genişdir. Eyni zamanda çox əsaslı bir mənbədir. Biz sosial şəbəkələrə göz y...
Siyasət
Lider namizəd Mixail Zabelindir Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. BakuCity.az-ın məlumatına görə, MSK üzvü İlkin Şahbazov deyib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, 35 protokol təqdim ediblər: Həm...
Cəmiyyət
Proqram eyni olsa da, qiymətlər fərqlidir Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlamlığın yolu isə düzgün qidalanmaqla yanaşı, birbaşa idmandan keçir. Paytaxt sakinləri arasında idmana olan maraq isə yüksəkdir. Buna sübut olaraq şəhərdə fəaliyyət göstərən idman zalları, fitnes klublar və bu tipli müxtəlif salonların getdikcə çoxalmasını göstərmək olar. Bu, insanların özünə olan diqqətinə, qayğısına da işarədir və istənilən halda yaxşı göstəricidir. Mə...
Hadisələr
Hadisə Xocalı prospektində qeydə alınıb Bakıda çoxmərtəbəli binada pəncərə şüşəsini silən qadın həyatını təhlükəyə atıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospektində yerləşən 15 mərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, yeni tikilinin 9-cu mərtəbəsində yaşanmış təhlükəli anları lentə alan "Report"un oxucusu həmin görüntüləri redaksiyamıza göndərib. Görüntülərdən məlum olur ki, binada təmizlik işləri apa...
Mədəniyyət
"Atamla fəxr edirəm" Xalq artisti Rafael Dadaşovun oğlu Emil Dadaşov ilk dəfə efirdə görünüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Şou ATV" verilişinə açıqlama verən 50 yaşlı Emil atası, bacısı və xalası ilə fəxr etdiyini bildirib: "Atamla fəxr edirəm. Hər zaman ondan ibrət dərsi götürmüşəm".  50 yaşlı Emil bir oğul atasıdır. O, Xalq artisti ilə bir evdə yaşayır. BakuCity.az
Cəmiyyət
Qəzaların 80 faizi sürücü diqqətsizliyi ucbatından baş verib Dövlət Yol Polisi sükan arxasında diqqəti olmaq barəsində yeni sosial çarx hazırlayıb. BakuCity.az xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək...
Cəmiyyət
Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə veriləcək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib. Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köç...