Bakıda ruhi xəstə olan qadın itkin düşdü - FOTO

Bakıda ruhi xəstə olan qadın itkin düşdü - FOTO

"Ana harayı" abidəsinin qarşısında görünüb

Bakıda ruhi xəstə olan qadın itkin düşüb.

BakuCity.az xəbər verir ki, bu barədə “Report”a qadının yaxınları bildiriblər.

Xocalı şəhər sakini, 49 yaşlı Nəsibova Bahar Fərman qızı noyabrın 17-də Bərdə rayonundan Bakı şəhərinə yola düşüb.

O, əvvəl Pirallahı rayonunda, daha sonra isə Xətai rayonunda yerləşən "Ana harayı" abidəsinin qarşısında görünüb.

Onun əlamətləri: gözünün rəngi qəhvəyi, boyu 1.65 sm. Əynində qara yubka, açıq bənövşəyi kofta, şabalıdı rəngdə şal, dizə qədər çəkmə olub. Əlində "Quranı Kərim" və iki göy sellofan torba olub.

B.Nəsibovanı görənlərdən xahiş olunur ki, bu nömrələrlə əlaqə saxlasınlar: 050 613 83 53, 050 853 63 67

Bakıda ruhi xəstə olan qadın itkin düşdü - FOTO, fotoşəkil-1

BakuCity.az

Bakı ruhi xəstə qadın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər