Qatar 23-42 dəqiqə dayanıb
Bu gün saat 08:30 radələrində Bakı-Sumqayıt dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib.
Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.
BakuCity.az