Maşının yan və arxa şüşələri də çıxarılıb
Bakı küçələrində təhlükə saçan avtomobil idarə olunur.
BakuCity.az-ın “Report”a istinadən xəbərinə görə, videogörüntü paytaxtın Dərnəgül yolunda başqa bir avtomobil sürücüsü tərəfindən lentə alınıb.
Həmçinin oxu: Bakıda 7 avtomobil bir-birinə girdi: yaralılar var - FOTO + VİDEO
Belə ki, təhlükəli yol hərəkəti qeydə alınan "VAZ" markalı minik avtomobilinin nömrəsi tam olaraq görünmür. Avtomobilin yan və arxa şüşələri çıxarılıb, üzərində isə baqaj yerləşdirilib. Həmçinin avtomobilin qabaq və arxa hissəsində sərnişinlər də əyləşdirilib.
Yük daşımaq üçün istifadə edilən maşın yollarda təhlükəli vəziyyət yaradır.