Bakıda ürəyi sağda olan körpə doğulub: Köməyə ehtiyacı var - FOTO

Bir dəfə klinik ölüm keçirib

Bakıda ürəyi sağda olan körpə doğulub.

BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, anomaliya halı ilə bağlı atası Rəşad Rüstəmov məlumat verib.

O bildirib ki, oğlu Sirat Fərhad avqustun 22-də dünyaya gəlib. 3 aylıq körpədə müxtəlif sağlamlıq problemləri var ki, ailənin maddi vəziyyəti xərcləri qarşılayacaq durumda deyil:

“Uşağın ürəyi sağdadır, ürəkdə 7mm və 5mm diametrli böyük və bir neçə kiçik dəliklər var. Bu dəliklərdən dolayı qan düzgün paylanmır və ağciyər stabil qan almadığından durğunluq yaranır, ağciyər iltihab verməyə başlayır. Nəticədə uşaq toplanmış bəlğəm kütləsindən boğulmağa, təngənəfəs olmağa başlayır və pnevmaniya olaraq reanimasiyaya yatır. Artıq bir dəfə klinik ölüm keçirib. Tezliklə ürəkdən əməliyyat olmasa, dəfələrlə pnevmaniya səbəbindən antibiotiklər almaqdan ciyərlər sıradan çıxacaq. Bunlarla yanaşı uşağda qrija və digər problemlər var”.

Rəşad Rüstəmovun sözlərinə görə, artıq əməliyyatı öz üzərinə götürən həkim də var:

"Əməliyyat üçün 20-25 min manat tələb olunurdu. Maddi yardım üçün ictimaiyyətə müraciət ünvanladım və “Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayevanın köməkliyi ilə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin uşaq ürək cərrahı, tibb elmləri doktoru Elnur Həsənovla tanış olduq və həkim əməliyyatı üzərinə götürdü. Hazırda uşaq reanimasiya şöbəsindədir və əməliyyata kimi 1 həftə, 10 gün orada qalmalıdır. Hər günə min manata yaxın pul çıxdığından kampaniyanı dayandırmamışam. 5 minə yaxın pul yığılıb və daha 5 minə ehtiyac var”.

Körpəyə dəstək olmaq üçün Milliön-də Kapital bankı seçib bu nömrə vasitəsilə hesabı artıra bilərsiz: 4169 7413 7063 3461
Rəşad Rüstəmovla əlaqə nömrəsi: 0559414103

BakuCity.az

Bakı körpə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub. Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyə...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi...
İdman
“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb. BakuCity.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır. İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2”nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də...
Cəmiyyət
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayıb başlamamsı ilə bağlı fikirlər söylənib. "Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir". BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı...
Cəmiyyət
BNA sərnişinlərə xəbərdarlıq edib.  Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər avtobusa buraxılmayacaq. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. (Atv Xəbər) BakuCity.az
Hadisələr
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az xəbər verir ki, hadisə rayonun Əhmədli qəsəbəsində qeydə alınıb. Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur.  Hadisə nəticəsində ölən və yaralananlar var.  TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəf...
Ekologiya
Bakı və Abşeronda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütu...
Kriminal
İtlərə narkotik vurub döyüşdürən və qanunsuz it döyüşlərini təşkil edənlər saxlanılıb.  "Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib". BakuCity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynovun dediyinə görə, polis əməkd...
Cəmiyyət
Bakıda insanların çölə çıxmasına qadağa qoyulacaq? Dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub. Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyula bilərmi? BakuCity.az x...