Bakıda bu binanın yanından keçmək təhlükəlidir, kərpic atırlar - VİDEO

Bakıda bu binanın yanından keçmək təhlükəlidir, kərpic atırlar - VİDEO

Polisə müraciət olunub

Yasamal rayonunda qəribə hadisə baş verib. 

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Həsən Məcidov küçəsi, 3 ünvanında yerləşən “VİTR-Fitness” fitnes klubunun yaxınlığında, “Almaz Park” yaşayış kompleksinin qarşısında iki gündə iki avtomobillə ciddi maddi ziyan dəyib.

Hadisə şahidləri bildirir ki, həmin bina sakinlərindən biri avtomobillərin üzərinə kərpic, daş, məişət tullantıları ilə dolu torbalar atır:

“Dünən avtomobili həmin ərazidə saxlamışdıq. Axşam saat 18 radələrində maşının üzərinə binadan daş atıblar. Avtomobilə maddi ziyan dəyib. Həmin binanın komendantına müraciət etdik. Onun dediyinə görə, binada yaşayan sakinlərdən biri ilə bağlı tez-tez şikayətlər olur, amma dəqiq heç nə görən, bilən yoxdur.

Məsələ ilə bağlı polisə şikayət ərizəsi vermişik. Ümid edirik ki, ciddi şəkildə araşdırılacaq. Çünki həmin yerdən insanlar da keçir. Bu onların həyatı üçün də ciddi təhlükədir”.

BakuCity.az

Bakı bina təhlükə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər