Sumqayıt yolu və "20 Yanvar"da tıxac olmayacaq - Prezident tapşırıq verdi

Təkliflər Prezident Administrasiyasına göndərilib

Bakı-Sumqayıt yolunun tıxac problemini aradan qaldıran layihənin icrasına başlanılıb.

BakuCity.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Redaktor.az-a bildirib.

O qeyd edib ki, yeni layihə "Şamaxı yolu" və “20 Yanvar” dairəsi adlanan ərazidəkı tıxac problemini də həll edəcək:

“Ölkə başçısının tapşırığına uyğun olaraq,  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Sumqayıt hissəsində tıxacın aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən yol boyu baxış keçirilərək təkliflər hazırlanıb. Həmin təkliflər Prezident Administrasiyasına təqdim olunub. Onlardan birinin üzərində dayanılıb və hazırda ilkin işlərə start verilib. Buna əsasən, həmin ərazidən dəmir yolu körpüsü keçir. Həmin körpünün altından daha ikizolaqlı olmaqla yolun genişləndirilməsi işləri həyata keçirilir. Ümumilikdə, ərazilərdən asılı olaraq yolun 6-18-ci kilometrlik hissəsinin 2-3 hərəkət zolağı enində genişləndirilməsi nəzərdə tutulur. Bunun davamı olaraq, Xırdalan dairəsi adlanan ərazinin 11-ci kilometrlik hissəsində daha ikizolaqlı olmaqla hər iki istiqamət üzrə tunelin tikintisi planlaşdırılır”.

Həmçinin oxu: Bakının Koroğlu dairəsi: tıxac, sıxlıq və xaos - VİDEO

A.Nəcəfli deyib ki, Xırdalan-Binəqədi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün ikizolaqlı olmaqla yeni yolun inşası aparılacaq:

“Artıq “20 Yanvar” dairəsindən gələn Moskva prospekti boyunca hərəkət edən nəqliyyat vasitələri Moskva prospektində yerləşən tuneldən keçməklə heç yerə dönmədən Sumqayıt istiqamətində hərəkət edə biləcəklər. Eyni işlər əks istiqamət üzrə də həyata keçiriləcək.

Həmçinin, “20 Yanvar” dairəsində adlanan ərazidə, "Şamaxı yolu" adlanan ərzidə sıxlığın aradan qaldırılması üçün də bir layihə üzərində işlər gedir. Onunla da bağlı təkliflər hazırlanır.

Qeyd edim ki, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri "Şamaxı yolu",  “20 Yanvar” dairəsinə daxil olmadan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçməklə dairəvi yolun alt hissəsində inşa olunacaq tunel vasitəsilə birbaşa Abbas Mirzə Şərifzadə küçəsi və “20 Yanvar” dairəsi istiqamətində hərəkət edə biləcəklər. O cümlədən, əks istiqamətdə də oradan gələn nəqliyyat vasitələri Sumqayıt, Biləcəri istiqamətinə rahat çıxış əldə edə biləcəklər. Bu da "Şamaxı yolu" və “20 Yanvar” dairəsi adalanan ərazidə sıxlığın aradan qaldırılmasına gətirib çıxaracaq”.

BakuCity.az

Bakı Sumqayıt "20 Yanvar" dairəsi tıxac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
773 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Tanıyanlardan 102-yə zəng vurmalar xahiş olunur Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kiş...
Mədəniyyət
Yubileylə bağlı tədbirlər planı hazırlanacaq Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Xalq artistinin 90 ill...
Hakimiyyət
Büdcədən 12 milyon manata yaxın pul ayrıldı Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluş...
Kriminal
Yeniyetmə seyflərdən pul oğurlayıb Bakıda uşaq əyləncə mərkəzindən 40 min manat oğurlanıb. Bu barədə BakuCity.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Oğurluq etdiyinə görə tutulan bir yeniyetmənin ətrafında Bakı Şəhər Baş Polis İdarəsi və Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 4-nə keçən gecə rayon ərazisindəki 1 ofisdən və 1 uşaq əyləncə mərkəzindəki...
Cəmiyyət
"Bəlkə birinin şirniyyat almağa imkanı yoxdur?" Bakı Dövlət Universitetinin (BDU) bufetində müştərilərə çayın qəndsiz verildiyi iddia olunur. BakuCity.az xəbər verilir ki, sosial şəbəkədə yayılan iddiaya görə, məqsəd tələbələri çay içərkən şirniyyat almağa, bir növ, məcbur etməkdir. İddia olunur ki, bu tapşırığı bufeti işlədən müəssisənin rəhbərliyi verib: “Dərs ilinin əvvəlində qəndlər var idi, kim çay alırdısa, elə oradan götürə bilirdi. Bir müddət sonra...
Ekologiya
Külək 25 m/s-dək güclənib Dekabrın 5-i Bakıda hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda 2 mm, o cümlədən Maştağa və Zabratda 1 mm təşkil edib. Şimal-qərb küləyi 17-22 m/s, bəzi yerlərdə arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğaların hündürlüyü 5,2 m ol...
Cəmiyyət
Şagirdlər də yüksək nəticə göstəriblər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllim və şagirdlərinin müxtəlif beynəlxalq yarışlardakı uğurları davam edir. İdarədən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhəri 306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəc...
Hadisələr
Bacısı və rəfiqələri saxlanılıb Türkiyənin Samsun bölgəsində yerləşən iki alış-veriş mərkəzində ümumilikdə 17 mağazadan oğurluq edilib. 50 min lirə dəyərində geyim oğurlamaqda şübhəli bilinən 7 azərbaycanlı saxlanılıb. Onlardan 5-i qadın, 2-si kişidir. Şübhəlilər oğurladıqları əşyaların barkod və qurğularını alüminium folqa ilə bağlayaraq siqnaldan yayınıblar. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, artıq oğurluqda şübhəli bilinən 50 yaşlı Tamel...
Cəmiyyət
Biri də Sumqayıtda açılacaq Gələn il Bakıda 2, regionlarda isə 1 “ASAN xidmət” mərkəzinin açılacağı gözlənilir.  BakuCity.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib. C.Salmanov qeyd edib ki, paytaxtda "ASAN xidmət" mərkəzlərindən biri Nərimanov rayonunda, digəri isə Xətai rayonunda (Ukrayna dairəsi yaxınlığında) olacaq. O, Sumqayıtda ikinc...