Bakıda yük maşını körpüdən relslərin üstünə düşdü: ölənlər var - VİDEO

Bakıda yük maşını körpüdən relslərin üstünə düşdü: ölənlər var - VİDEO

Sürücünün öldüyü deyilir

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

BakuCity.az Trend-ə istinadən xəbər verir ki, qəza Xocahəsən qəsəbəsində qeydə alınıb. Dolu yük avtomobili "Meyvəli bazar"ın yaxınlığında olan körpüdən aşıb.

Dəmir yolunun üzərinə düşən ağır tonnajlı yük avtomobilinin sürücüsünün öldüyü deyilir. Avtomobilin içində olan yük isə ətrafa dağılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

APA-nın məlumatına görə, qəza nəticəsində Masallı rayon sakinləri - 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynov ölüblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Bakıda yük maşını körpüdən relslərin üstünə düşdü: ölənlər var - VİDEO, fotoşəkil-1 Bakıda yük maşını körpüdən relslərin üstünə düşdü: ölənlər var - VİDEO, fotoşəkil-2 Bakıda yük maşını körpüdən relslərin üstünə düşdü: ölənlər var - VİDEO, fotoşəkil-3

BakuCity.az

Bakı yük maşını qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər