Bakıda müəllimə şagirdi döydü - VİDEO

"Bütün uşaqları bezdirib"

Bakının Xətai rayonunda yerləşən 269 saylı orta məktəbdə müəllimə şagirdi döyüb.

BakuCity.az xəbər verir ki, bu barədə valideynlərdən biri Azvision.az-a bildirib. O deyib ki, məktəbin rus bölməsində çalışan rəsm müəlliməsi İradə Əhmədqızı dərs zamanı şagirdi döyüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum olmasa da, adıçəkilən müəllimənin bir neçə dəfə oxşar hərəkətlərə yol verdiyi deyilir.

“Rəsm kurslarına gedən hansısa şagird yaxşı rəsm çəkirsə, onu döyərək “bu şəkli başqasına çəkdirmisən, özün çəkə bilməzsən” deyir. Bütün uşaqları bezdirib. Dəfələrlə direktora müraciət etmişik, amma cavab belə olub ki, məktəbin tək rəsm müəllimi odur, işdən çıxara bilmərik”, - deyə valideyn vurğulayıb.

Azvision.az məsələ ilə əlaqədar R.Məmmədov adına 269 nömrəli tam orta məktəblə əlaqə saxlayıb. Məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, müəllimənin şagirdə (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qeyri-uyğun davranışı ilə bağlı videogörüntü 2018-2019-cu tədris ilində çəkilib.

"Valideyn bu barədə həmin vaxt məktəb rəhbərliyinə heç bir müraciət etməyib. 22.11.2019-cu il tarixində valideyn məktəbə gələrək videogörüntünü direktora təqdim edib. Direktor dərhal müəllimə və valideynlə birgə söhbət aparıb. Məsələ ilə bağlı müəllimin izahatı alınıb. Müəllimə izahatında özünü dərs zamanı pis apardığına və lazımsız ifadə işlətdiyinə görə şagirdə istəmədən əl qaldırdığını bildirib. Məktəb direktoru tərəfindən müəlliməyə xəbərdarlıq edilib".

BakuCity.az

Bakı müəllim şagird
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Qız 3-cü kurs tələbəsi olub Bakı bulvarındakı intihar hadisəsi ilə bağlı görüntülər yayılıb. BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, görüntülərdə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir. Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız b...
Hadisələr
Qardaşı tutulub Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən daxili işlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub. BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib. Anar Ramazanovun qətlində şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub. İstintaq zamanı məlum olub ki, Anar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsində sürücü işləyib, eyni zamanda, Polis Akademi...
Ekologiya
Səhər duman, çiskin olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 26-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti ola...
Cəmiyyət
Azərbaycan Televiziyası Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. BakuCity.az xəbər verir ki, bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyu...
Cəmiyyət
"Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri bildirib. Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Cəmiyyət
Alternativ yollardan keçəcəklər Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönlən...
Cəmiyyət
Qaliblər kinoteatrlara bilet qazanacaqlar BakuCity.az bu gündən yeni fotomüsabiqə elan edir. Müsabiqənin mövzusu qarşıdan gələn Novruz bayramıdır. Şərtlərə əsasən, hər kəs Novruz bayramı ilə bağlı ən çox 3 fotonu [email protected] elektron ünvanına göndərməlidir. Hər kəs yalnız müəllifi olduğu fotoları göndərə bilər. Səsvermənin nəticələri martın 16-da açıqlanacaq. Qaliblər (ilk 3 yeri tutanlar) Bakıdakı kinoteatrlara bilet qazanacaqlar. BakuCity.az