Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO

Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO

Qadın sürücünün səhvi qəzaya səbəb oldu

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə Binəqədi şossesində qeydə alınıb.

Qəza zamanı 4 avtomobil toqquşub. Xanım sürücülərin idarə etdiyi “Nissan” və “Subaru” markalı minik maşınları qarşı-qarşıya hərəkətdə olan zaman qəza baş verib. “Nissan”ın sürücüsü ötmə əməliyyatı etmək istəyib və onun idarə etdiyi avtomobil “Subaru”ya çırpılıb. Zərbənin təsirindən hərəkətdə olan “Volkswagen” və “Chevrolet” markalı minik maşınları da yol qəzasının iştirakçısına çevrilib.

Həmçinin oxu: Bakıda 7 avtomobil bir-birinə girdi: yaralılar var - FOTO + VİDEO

Avtoqəza nəticəsində “Nissan” və “Subaru” markalı avtomobillərin sürücülərinin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi deyilir. Onlardan birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər yaralı - döş qəfəsinin və belin küt travması diaqnozu xəstəxanaya gətirilən 27 yaşlı Əliyeva Fatimə Əli qızının müalicəsi davam etdirilir. Qəza zamanı əraziyə yanacaq dağıldığından və sürücü və sərnişinlər avtomobillərdə sıxılıb qaldığından Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub, zərərçəkmiş şəxslərə köməklik göstərilib.

Qeyd edək ki, hadisənin qeydə alındığı avtomobil yolunda güclü tıxac da yaranıb, hərəkət bir neçə dəqiqəliyə məhdudlaşdırılıb.

Yol qəzasının təfərrüatları Binəqədi polisi tərəfindən araşdırılır.

Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-4 Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-5 Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-6 Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-7 Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-8 Bakıda qadın sürücünün səhvi: 4 avtomobil toqquşdu - FOTO + VİDEO, fotoşəkil-9

BakuCity.az

Bakı yol qəzası sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər