"Yeməklərinizi də çox bəyəndim"
Dünyanın ən sürətli pianoçusu kimi "Ginnesin Rekordlar Kitabı"na düşən Peter Bense Bakı Konqres Mərkəzində konsert verib.
BakuCity.az xəbər verir ki, P.Bense Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib:
"Bakıda olmağımdan çox şadam. Sizi çox sevirəm, yaxşı ki, buradasınız. Yeməklərinizi də çox bəyəndim”.
O, konsertə vətəni Macarıstanla bağlı olan ifa ilə başlayıb. P.Bense Azərbaycan dilində tamaşaçılara təşəkkür də edib.
Konsertin fəxri qonağı Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanov olub. Ş.İmanov və P.Bense Azərbaycanın xalq musiqisi olan "Sarı gəlin"i birgə ifa ediblər.
"Cəld barmaqlar" ləqəbli P.Bense konsert zamanı həm köhnə, həm də yeni albomundan olan musiqiləri səsləndirib.