Bakıya gətirilən 300 yeni avtobusun aqibəti necə oldu?

Kart sisteminə keçidlə bağlı da ciddi iş gedir

Bakı şəhəri üzrə bəzi marşrut xətlərində, o cümlədən Bakıətrafı kənd və qəsəbələr üzrə xətlərdə köhnə avtobusların istismarı paytaxtın nəqliyyat sisteminin problemləri sırasında öndə gələn məsələlərdən biridir.

Uzun müddətdir müzakirə olunan bu problemin həlli ilə bağlı dəfələrlə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib ki, bu il Bakıətrafı qəsəbələrin ictimai nəqliyyat xətlərindəki marşrut avtobuslarının dəyişdirilməsinə üstünlük veriləcək.  Agentliyin yaydığı məlumata görə, bu il Bakıya 300 yeni avtobus gətirilməli idi. Bəs görəsən, bu avtobusların taleyi necə olub, onlar hansı istiqamətlərdə xətlərə buraxılacaq? Digər tərəfdən ictimai nəqliyyatda gediş haqlarının ödənilməsi ilə bağlı tətbiq olunan kart sisteminin bütün xətlər üzrə quraşdırılması söz verildiyi kimi ilin sonuna qədər başa çatacaqmı?

BakuCity.az xəbər verir ki, "Yeni Müsavat”ın suallarını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, artıq 280 ədəd 12 metrlik avtobuslar şəhərimizdədir:

"Qalan 20 ədəd 18 metrlik avtobusların da gətirilməsi üçün iş gedir. Avtobusların xəttə buraxılması işləri də plana uyğun davam edir. Önümüzdəki həftələrdən prosesə start veriləcək”.

BNA sözçüsü vurğuladı ki, yeni avtobuslar həm də Bakıətrafı kənd və qəsəbələr üçün nəzərdə tutulub və vətəndaşların müraciətinə əsasən ən çox problem olan istiqamətlərə veriləcək:

"Yeni avtobuslar Bakıətrafı kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən marşrut xətlərinə də veriləcək. İstiqamətlərin müəyyən olunması ilə əlaqədar həm özümüzün apardığı monitorinqlər təhlil olunur, həm də vətəndaşlardan daxil olan müraciətlər təhlil olunub araşdırılır. Vətəndaş müraciətləri çox önəmlidir. Çünki görülən işlər məhz onların rahatlığı üçündür”.

M.Ağayev onu da vurğuladı ki, kart sisteminə keçidlə bağlı da ciddi iş gedir:

"Bu iş bir qədər ağır prosesdir. Çünki gün ərzində avtobuslar xətdə olur. Ona görə kart sisteminə keçidlə bağlı müəyyən texniki işlər elə aparılır ki, bu gündəlik sərnişindaşıma işinə mane olmasın. Bilirsiniz ki, ictimai nəqliyyat canlı orqanizmdir. Burada hər hansı bir iş görərkən mütləq qaydada bu amil nəzərə alınmalıdır. Amma nə qədər çətin və ağır proses olsa da düzgün yanaşma olduğu halda həll etmək mümkündür və həll olunur”.

BakuCity.az

Bakı avtobuslar kart sistemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...
Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...
Cəmiyyət
Proqnozlaşdrıma belədir ki, belə davam etsə bu say getdikcə artacaq. Azərbaycanda pandemiya ilə əlaqədar karantin rejimi yumşaldıqca koronavirusun daha da geniş yayılması müşahidə edilir. Bu əks tendensiya böyük narahatlıq yaradır və pandemiyanın asanlıqla aradan qalxmayacağını göstərir. İndi hamını bir sual narahat edir: Karantin qaydalarının yumşaldılmasına rəğmən xəstəliyə yoluxanların artmasının səbəbi nədir? BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Novxanıda qeydə alınıb. "Oskar" yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücü idarə etdiyi avtomobilin qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaması üçün manevr edib. Bu zaman avtomobil yol kənarındakı dirəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 1964-cü il təvəllüdlü Ksel Svetlana Petrovna xəsarət alıb. Yaralı tə...
Cəmiyyət
Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edilib. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar olaraq məktubla müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyi...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü İsmayılov Emin Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol qalça nahiyəsinin küt travması diaqnozu qoyulub. BakuCity.az
Ekologiya
26 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dər...
Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...