Bakıda temperatur iqlim normasından 4° aşağıdır

Bakıda temperatur iqlim normasından 4° aşağıdır

Yağıntının miqdarı 6 mm olub

Noyabrın 23-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı paytaxtda 6 (aylıq normanın 21%-i), o cümlədən Binə, Maştağada 5, Zabratda 2 mm təşkil edib.

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 4° aşağıdır.

BakuCity.az

Bakı hava proqnozu iqlim norması
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər