Temperatur 8 dərəcə olacaq
Noyabrın 24-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda havanın səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Həmçinin oxu: Bakıda temperatur iqlim normasından 4° aşağıdır
Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4°, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 80-90 % olacaq.
BakuCity.az