Yolun bir hissəsi bağlanıb
Bu gün səhər saat 07:30 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yol qəzası baş verib.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, 160 nömrəli avtobus yolun hərəkət hissəsində park edərək dayanmış iri qabaritli yük maşınına çırpılıb. Hadisə nəticəsində avtobusun ön hissəsi dağılıb.
Hadisə zamanı xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.
Həmçinin oxu: Bakıda iki avtobus toqquşub: yaralılar var - FOTO + YENİLƏNİB
Qəza nəticəsində yolun bir hissəsi bağlanıb. Ərazidə tıxac yaranıb.
Hadisə yerinə YPX əməkdaşları gəlib.