Bakı metrosunda yenə nasazlıq yarandı
Bu gün qatarların gecikməsi səbəbindən Bakı Metropolitenində sıxlıq yaşanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BakuCity.az-a bildirib ki, gecikməyə səbəb qatarda yaranmış nasazlıq olub:
“Saat 08:30 radələrində metronun “Həzi Aslanov” stansiyasında qatarda nasazlıq yaranıb. Maşinist vəziyyətlə bağlı əlavə baxış keçirib və nəticədə qatar stansiyada 4 dəqiqə yubanıb”.
Həmçinin oxu: Bakı metrosunda qapıları tutan sərnişinləri cərimələməyə başladılar - VİDEO
Xatırladaq ki, ötən gün də metroda problem yaranmış, nəticədə "Həzi Aslanov" - "Nəriman Nərimanov" istiqamətində qatarların hərəkəti dayanmışdı. Ümumilikdə isə son vaxtlar Bakı Metropolitenində tez-tez texniki problemlər qeydə alınır.
BakuCity.az