Bakıda maşın dərəyə aşdı: yüksək vəzifəli məmur oğlu yaralanıb, arvadı ölüb

Bakıda maşın dərəyə aşdı: yüksək vəzifəli məmur oğlu yaralanıb, arvadı ölüb

Yüksək vəzifəli məmur oğlu yaralanıb

Bakının Qaradağ rayonunda, Ələt yolunda “Hyundai Tucson” markalı 60 AA 002 dövlət nömrə nişanlı minik avtomobili yol kənarına aşıb.

Səhiyyə Nazirliyindən BakuCity.az-a bildiriblər ki, ağır yol-nəqliyyat hadisəsi  barədə məlumat təcili yardıma saat 01:57-də daxil olub.

Hadisə yerinə gələn həkim briqadasının verdiyi məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Həmçinin oxu: Bakıda təzə avtobus yük maşını ilə toqquşdu - VİDEO

İki kişi isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda reanimasiya şöbəsində müalicələri davam edir.

APA xəbər verir ki, qəza nəticəsində ölən şəxslər - avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlu və Tovuz rayon sakini Əminə Zeynalova olub.

Xəsarət alanlardan biri isə Tovuz rayon İcra Hakimiyyətinin müavini Zeynalov Rəşad Nurəddin oğludur, ölən qadın isə onun həyat yoldaşı olub.

BakuCity.az

Bakı yol qəzası Hyundai
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər