Bakıda bu binalar söküləcək? - VİDEO

Bakıda bu binalar söküləcək? - VİDEO

Bu panellər Fransadan gətirilirdi

Bakıda beton panellərdən tikilən binaların sökülməsinə ehtiyac yoxdur.

BakuCity.az xəbər verir ki, bunu Memarlar İttifaqının sədri Elbay Qasımzadə "Xəzər Xəbər"ə deyib.

Onun sözlərinə görə, son vaxtlar beton panellərdən inşa edilən evlərə pessimist yanaşma düzgün deyil.

Həmçinin oxu: Bakıda bu binanın sakinlərinə yeni mənzillər verilir, amma... - VİDEO

E.Qasımzadə bildirib ki, 50-60 il əvvəl Bakı əhalisinin çox hissəsi zirzəmilərdə, kommunal mənzillərdə yaşayırdı. Bu problemin qısa bir zamanda həlli üçün isə tez və daha ucuz tikilə bilən evlərə ehtiyac vardı və beləliklə, beton panellərdən evlər tikildi:

"Mikrorayonlardakı binaların əksəriyyəti beton panellərdən tikilib. Bu panellərin bir hissəsi 60-cı illərdə yerli zavodlarda istehsal edilir, digərləri isə Fransadan gətirilirdi. Hazırda bu binaların sökülməsi üçün heç bir əsas yoxdur".

BakuCity.az

Bakı köhnə binalar söküntü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər