Ceymi Devis Bakıda ilk konsertini verdi - FOTO

Ceymi Devis Bakıda ilk konsertini verdi - FOTO

Beynəlxalq Muğam mərkəzi ifaçını dinlənməyə gələnlərlə dolu olub

Beynəlxalq Muğam Mərkəzində Amerikalı klassik caz ifaçısı Ceymi Devis Bakıda ilk dəfə konsert verib.

Bakucity.az xəbər verir ki, konsert proqramı sənətçinin caz üslublarının qarışığından ibarət təşkil olunub.

İfaçı tamaşaçıları Azərbaycan dilində - “Salam Bakı” sözləri ilə salamlayıb və Bakını ilk baxışdan sevdiyini bildirib. Beynəlxalq Muğam mərkəzi ifaçını dinlənməyə gələnlərlə dolu olub.

Mərkəzinin səhnəsində çıxışından həmçinin burada musiqiçilər üçün yaradılan rahat şərait və yüksək atmosferdən razılığını bildirən Ceymi Devis konsert salonunun möhtəşəm olduğunu da deyib.

Konsert boyu ifaçı bir üslubdan digərinə keçid edərək populyar kompozisiyalardan klassik ariyalara qədər bənzərsiz ifası ilə tamaşaçılarda xoş ovqat yarada bilib. 

Bakucity.az

Konsert bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər