Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO

Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO

Narkotiki iki kişidən aldığını bildirib

Bakıda içərisində qadın narkotacir olan daha bir narkoşəbəkənin üzvləri həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha bir narkoşəbəkənin üzvləri həbs ediliblər.

Xətai rayonu Köhnə Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəlcə qəsəbə sakini Solmaz Salmanova saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan 13,141 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, S.Salmanova tutulana qədər yaşadığı qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O, ifadəsində heroini Şövqi və Nicat adlı şəxslərdən aldığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək narkoşəbəkinin digər üzvləri dəstənin başçısı Rusiya Federasiyası vətəndaşı Şövqi Babayev və onun yaxın qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev də polislər tərəfindən tutulublar. Nicat Quliyev saxlanılan zaman onun üzərindən 21,699 qram çəkidə narkotik vasitə heroin aşkar edilib. Ş.Babayevin üzərində şəxsi axtarış aparılan zaman isə külli miqdarda 107,806 qram heroin, 101,501 qram qurudulmuş marixuana, 39,855 qram psixotrop maddə metamfetamin və 1 ədəd elekron tərəzi aşkar edilərək götürülüb.

Həmçinin oxu: Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü ələ keçdi

İstintaq zamanı müəyyən edilib ki, Ş.Babayev əldə etdiyi narkotik vasitələrin satışını S.Salmanov və N.Quliyev vasitəsilə təşkil edirmiş.

Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO, fotoşəkil-1 Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO, fotoşəkil-2 Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO, fotoşəkil-3 Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO, fotoşəkil-4 Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO, fotoşəkil-5 Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO, fotoşəkil-6 Bakıda narkotacirlər həbs olundu, biri qadındır - FOTO, fotoşəkil-7

BakuCity.az

Bakı narkotik əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər