Bakıda Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitabın təqdimatı olub - FOTO

Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” adlı kitabın təqdimat mərasimi keçirilib

Bakucity.azxəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonaqlar qarşısında çıxış etdilər.

Gecənin aparıcısı Rəşad Mehdili olub.

Təqdimatda muzeyin direktoru Şirin Məlikova kitabın müəlliflərini – Kübra Əliyeva, Mira Məmmədxanova, Aytən Əhmədova, Aygün Abbasova, Gülzadə Abdulova və Qoşqar Qoşqarlını təqdim etdi. Hər müəllif öz çıxışında tədqiq etdiyi kolleksiya barədə məlumat verib.

Çıxışların mövzularına əsasən auditoriya arasında müsabiqə keçirilib.

Müsabiqədə Milli Xalça Muzeyi, onun müxtəlif eksponatları, məsələn, muzeyin ilk eksponatı “Balıq” xovlu xalçası, arxeoloji qazıntılar zamanı aşkarlanmış keramik qab və məfrəşə aid suallar verilib. Qaliblərə müxtəlif mükafatlar – Milli Xalça Muzeyinin nəşrləri, muzeyə pulsuz giriş və s. təqdim edilib.

Təqdimat mərasimində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətini və yeni kitabı əks etdirən video-çarx da nümayiş olunub.

Tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyev Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin duetini ifa ediblər

Tədbirin sonunda qonaqlar yeni toxunan xalçanın adət-ənənəyə uyğun şəkildə dəzgahdan kəsimində iştirak ediblər. Xalçada ənənəvi xovsuz şəddə kompozisiyasının süjeti – dəvə karvanı əks olunub.

Muzeydən verilən məlumata görə, yeni hazırlanmış xalça xovlu və xovsuz texnikaların birgə tətbiqi ilə hazırlanıb. İki texnikanı özündə birləşdirən xalçalar son dövrlər Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün hazırlanır: "Toxucular xovsuz yastı səthtə xovlu texnikada yüksək sıxlıqla ornamentləri toxuyurlar. Bu yenilik görmə qabiliyyətini itirmiş və ya görmə qabiliyyəti məhdud olan insanlara xalçalarımızı “görmək”, texnikaların müxtəlifliyini hiss etmək, toxunmaqla qabarıq ornamenti duymaq imkanı verir".

Tədbirdə Ənənəvi texnologiya şöbəsinin əməkdaşlarının işləri də nümayiş etdirildi. Muzeyin Uşaq şöbəsinin əməkdaşları qonaqlara çətən, şəddə və suvenir xalçalar üzrə ustad dərsləri keçdi. Ən yaxşı əl işlərinin müəllifləri muzey tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, muzeyin yeni nəşrində bu mədəniyyət ocağının tarixi, Azərbaycan xalçalarının müxtəlif növləri, dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələri, zəngin kolleksiyasının ən gözəl nümunələri, xalça sənətinin inkişafında xüsusi rolu olan görkəmli şəxslər haqqında məlumatlar yer alıb.

Dörd yüz səhifədən ibarət Azərbaycan, ingilis və rus dillərində hazırlanmış kitabda muzeyin eksponatlarının şəkilləri ilə yanaşı, onun tarixini əks etdirən arxiv fotoları və sənədləri geniş illüstrativ materiallar əsasında verilib.

Azərbaycan Milli Xalça Muzeyində “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Parça, geyim və tikmə”, “Keramika, ağac, şüşə və kağız”, “Zərgərlik” və “Bədii metal” kolleksiyaları qorunur. Kolleksiyaların hər biri haqqında sənətşünaslar və müvafiq sənət sahələrinin mütəxəssisləri tərəfindən müfəssəl fəsillər hazırlanıb.

Kitabda həmçinin muzeyin sərgi işi, beynəlxalq əlaqələr, Qarabağın işğalından sonra Milli Xalça Muzeyində müvəqqəti fəaliyyət göstərən Şuşa filialına həsr olunmuş bölmələr də yer alıb. 

Bakucity.az 

kitab təqdimat bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Qoruyucu vasitələr ilk növbədə tibb işçilərinə lazımdır” “Sağlam insanların maska taxmasına ehtiyac yoxdur, tibbi maskanın özü isə koronavirusa qarşı müdafiəni təmin edə bilmir”. BakuCity.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib. T.Yazareviçin sözlərinə görə, maskaları xəstə insanlar taxmalıdır ki, virus yayılmasın. ÜST nümayəndəsi xatırladıb ki, maska etibarlı müdafiə...
Cəmiyyət
Kafedə 3 nəfər olub Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir. Bolis əməkdaşları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Bakının müxtəlif yerlərində reydlər keçirib. BakuCity.az-ın məlumatına görə, reyd zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinir. Be...
Cəmiyyət
Kiməsə yola çıxmağa icazə verilmirsə, narahat olmasınlar Azərbaycanda koronavirusla bağlı elan olunmuş xüsusi karantin rejimi müddətində texniki baxış vaxtı başa çatan nəqliyyat vasitələri cərimə edilməyəcək. BakuCity.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib. Onun sözlərinə görə, həmin nəqliyyat vasitələrinin texniki baxış müddəti uzadılıb: "Əgər k...
Cəmiyyət
Evdən çıxmamışdan qabaq SMS göndərin Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar imzalayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiy...
Cəmiyyət
Məsafə saxlayın “Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi Əziz Baqişev deyib. O bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”. BakuCity.az
Cəmiyyət
Söhbət 199 nömrəli avtobusdan gedir Bakıda daha bir avtobus sürücüsü karantin qaydalarını pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan gedir. Faktla bağlı foto sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Qeyd olunub ki, sürücü Moskva prospektində boş oturacaq yerləri olmadığı halda sərnişin götürüb. Fotodan da göründüyü kimi, avtobusda sərnişin sıxlığı...
Cəmiyyət
“Yayılan məlumatlara görə, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar” Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlər...
Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az