Ürəyi sağda olan körpənin atasından ŞAD XƏBƏR

Ürəyi sağda olan körpənin atasından ŞAD XƏBƏR

Körpə reanimasiyadadır

Bakıda ürəyi sağda olan körpənin əməliyyatı üçün lazım olan məbləğ toplanıb.

Bunu BakuCity.az-a açıqlamasında 3 aylıq Sirat Fərhadın atası Rəşad Rüstəmov deyib.

Uşağın hazırkı vəziyyəti barədə danışan R.Rüstəmov bildirib ki, övladı pnevmaniya səbəbindən üç dəfə reanimasiyaya yerləşdirilib:

“Ən sonda isə rayondan Bakıya gətirərkən yolda ürəyi dayandı. Həkimlər ilkin yardım zamanı ürəyini masaj etdikdən və oksigen verdikdən sonra uşaq özünə gəldi. Bəlkə də proses uzun sürsəydi, sağ qalmazdı”.

Həmçinin oxu: Bakıda ürəyi sağda olan körpə doğulub: Köməyə ehtiyacı var - FOTO

O, həmçinin uşağın əməliyyatı üçün lazım olan məbləğin toplandığını da bildirib: 

“Lazım olan məbləğ toplanıb. Yardım edən hər kəsə təşəkkür edirəm! Xahiş edirəm, kimlər ki sosial şəbəkələrdə yardım məqsədilə kampaniya başladıb, dayandırsınlar. Uşaq hazırda reanimasiya şöbəsindədir. Ümumi vəziyyəti yaxşı sayılmaz. Ürəyindəki dəliklər əməliyyat olunmalıdır. Əməliyyat üçün isə ciyərinin bir az da müalicə olunması lazımdır ki, ciyərdəki təzyiq aşağı düşsün”.

Arzu Murad

BakuCity.az

Bakı körpə əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər