Sobaya pult da quraşdırıb
Bakı sakini Həmid Abdullayev suqızdırıcı sobadan kombi kimi istifadə edir.
BakuCity.az “Xəzər Xəbər”ə istinadın məlumat verir ki, H.Abdullayev bu soba ilə bütün evini qızdırır.
Onun sözlərinə görə, belə sobanın həm quraşdırılması ucuz olur, həm də istifadə olunan qaz sərfiyyatı sutkada 70 qəpik təşkil edir.
Bakı sakini bildirib ki, mövsümlə əlaqədar kombinin qiyməti 800-1200 manat arasında olduğu halda, bu avadanlığın hazırlanmasına 350-400 manat xərc çəkilir.
H.Abdullayev suqızdırıcı soba tez-tez işlədiyinə görə sıradan çıxmaması üçün ona pult da quraşdırıb. Pult suyun lazımi temperaturda qızdırılmasını tənzimləyir.