Bakıda un məmulatları sexində xoşagəlməz mənzərə - FOTO

Bakıda un məmulatları sexində xoşagəlməz mənzərə - FOTO

Avadanlıqların istismar müddəti də bitib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları 1003 - Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəhimov Zaur Kərim oğluna məxsus unlu qənnadı və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı aşkar olunub.

Müəssisədə işçilərin şəxsi gigiyena qaydalarına riayət etmələri, habelə geyimlərinin dəyişdirilməsi üçün sahə ayrılmayıb, bu proseslər bilavasitə anbarda həyata keçirilir. Həmçinin anbar sahəsində döşəmə divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla üzlənməyib.

Həmçinin oxu: Bakıda bu marketdə vaxtı ötmüş məhsullar satılır

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların, çörək yığılan rəfin istismar müddəti bitdiyi və onların təmizlənməsi dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib.

Müəssisənin mağaza hissəsində isə deratizasiya və dezinseksiya tədbirlərinin vaxtı-vaxtında həyata keçirilmədiyi aşkarlanıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda un məmulatları sexində xoşagəlməz mənzərə - FOTO, fotoşəkil-1 Bakıda un məmulatları sexində xoşagəlməz mənzərə - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakı un məmulatları müəssisə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər