Bakıya yeni elektrik qatarları gətiriləcək

Bakıya yeni elektrik qatarları gətiriləcək

Maştağanın da dəmir yolu yenidən qurulacaq

Bakı və Bakıətrafı qəsəbələrə işləyən elektrik qatarlarındakı sərnişin sıxlığı aradan qaldırmaq məqsədilə Azərbaycana yeni elektrik qatarlarının gətirilməsi nəzərdə tutulub. 

BakuCity.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən Baku.ws-ə bildiriblər.

Qeyd olunub ki, yeni qatarlar dekabrın əvvəlində ölkəyə gətiriləcək:

Həmçinin oxu: Bakıdan qatarla Gəncəyə daha tez çatacağıq - CƏDVƏL

"2 mərtəbəli, 4 vaqondan ibarət 2 yeni “Stadler” qatarı dekabrın əvvəlində ölkəyə gətiriləcək. Bu qatarlar istifadəyə verildikdən sonra müəyyən istiqamətdə yaşanan sərnişin sıxlığının aradan qaldırılmasına təsir göstərəcək ".

Bakıətrafı qəsəbələrə yeni relslərin çəkilməsi məsələsinə də aydınlıq gətirilib:

"Bildiyiniz kimi, bu günlərdə Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı oldu. Hazırda Pirşağı-Fatmayi və Görədil-Novxanı-Sumqayıt istiqamətində tikinti-quraşdırma işləri davam etdirilir”.

Qeyd edək ki, Zabratdan bir yol Pirşağı, o biri isə Maştağa istiqamətindədir. Dairəvi yolda işlər tamamilə yekunlaşdıqdan sonra Maştağaya qədər uzanan 9 km-lik yolun da əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Buzovna və Mərdəkan istiqamətində isə dəmir yolu xətlərinin bərpası hələlik planda yoxdur".

BakuCity.az

Bakı elektrik qatarları Maştağa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər