Milli Məclisin vitse-spikeri başqa vəzifəyə təyin olundu

Valeh Ələsgərov Milli Məclisin sədr müavinidir

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasına yeni rəhbər təyin edib.

BakuCity.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

2015-ci il noyabrın 24-dən Azərbaycan Milli Məclisi sədrinin müavini vəzifəsində çalışan V.Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) Neft-mədən fakültəsini bitirib.

1970-1991-ci illərdə SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin "Permneft", "Azneft" istehsalat birliklərində, 1992–2005-ci illərdə "Azərneft" Dövlət Konsernində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb.

Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilib.

Elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.

Bitərəfdir.

Üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. 2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.

Avropa İttifaqı-Azərbaycan, Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitələrinin həmsədridir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvüdür.

Evlidir, 4 övladı var.

BakuCity.az

Bakı Ələt Valeh Ələsgərov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
20 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qonaqları Yeni il sürprizləri gözləyir Ləziz yeməklərlə bəzədilmiş süfrə, yolka ağacı, Şaxta baba, Qar qız, bayrama özəl sürprizlər, musiqi, şoular və atəşfəşanlıq – bir sözlə, 31 dekabrda əsl Yeni il ab-havası yaşamaq hər kəsin istəyidir. Bəs  bütün bunları hansı məkanlarda həyata keçirək? BakuCity.az bu məqsədlə paytaxtın ən prestijli restoranlarında təşkil ediləcək bayram tədbirləri və xidmətlərlə maraqlanıb. “Baku City”də Yeni ili ulduzlu şou-proqramla...
Cəmiyyət
Bu sistem bir sıra iri şəhərlərdə işləyir Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa “MasterCard” vasitəsilə ödəyə biləcək. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib. O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir. Həmçinin oxu: Bakıda...
Cəmiyyət
Mənzil bazarında qiymətlər artıb Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4% artıb. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deib. Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2% artım qeydə alınıb. Həmçinin oxu: Bakıda kirayə mənzil ala bilmək üçün ŞƏRTLƏR "Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü...
Ekologiya
Yağmursuz olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi r...
Mədəniyyət
Qaliblər məlumdur Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqəsi keçirilib. BakuCity.az xəbər verir ki, yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub. Əsas mübarizə "Folklor stilizasiya" və "Bollywood" rəqs növlərində olub....
Cəmiyyət
İşgəncələrə məruz qalmış uşaqlar atanın ikinci evliliyindəndir "Bizi ördəyin yerinə basırdı. Bıçağı Hüseynin boğazına dirəyib deyirdi ki, ananızı incitsəniz, boğazınızı kəsib kanala tullayacağam. Yemək istəyəndə ağzımıza acı istiot basırdı. Deyirdi ki, yemək istəməyin. Şişi qızdırıb Hüseynin ayağına basırdı". Bu sözlər ögey ana və atanın işgəncə verdiyi azyaşlı qardaşlardan birinə məxsusdur. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Qulu ona və qarda...
Cəmiyyət
Alternativ yollardan, ictimai nəqliyyatdan istifadə edin Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək mə...
Cəmiyyət
Sahibkarlar kompensasiya tələb edirlər  Bakıda "EuroHome" tikinti malları bazarında mağazaları yanan sahibkarlar aksiya keçirirlər. BakuCity.az "Qaynarinfo"ya istindən xəbər verir ki, Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərə görə kompensasiya verilməsini istəyirlər. Mağazası yananlardan biri ona 100 min manatdan çox zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib. Həmçinin oxu: Bakıda tikinti bazarının yanğından son...
Cəmiyyət
Paytaxtda üç turizm informasiya mərkəzi fəaliyyət göstərir Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə  Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər. "Mərkəzin yerləşəcəyi yer...