Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO

Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO

Çempionat Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub

BakuCity.az xəbər verir ki, 23-24 noyabr tarixlərində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə Braziliya Ciu-Citsu döyüş növü üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. 

Çempionat Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin təşkilati dəstəyilə gerçəkləşib. 

Yarış müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilib. 

Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizə aparıb.

Ölkə birinciliyinin açılış mərasimində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək öncə qonaqları salamlayıb. O çıxışı zamanı həmçinin 2019-cu il ərzində klubun keçirdiyi yerli və beynəlxalq yarışlar, həmçinin tanınmış idman ustalarının iştirakı ilə keçirilən seminarlarla bağlı yarış iştirakçılarına məlumat verib. Həmçinin, o, ölkədə idmana olan münasibət, ölkə başçısının idmana olan diqqət və qayğısından, habelə Braziliya Ciu-Citsu idman növünün Azərbaycanda günü-gündən populyarlaşmasından danışıb.

Daha sonra çıxış üçün söz Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiasiyasının prezidenti, FHN İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayevə verilib. 

F.Musayev öz növbəsində İdman Sağlamlıq Mərkəzinin açılışı barədə qısa müddət verib. Qeyd edib ki, mərkəzdə artıq bir neçə beynəlxalq yarış keçirilib. 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında idmana xüsusi qayğı göstərdiyinə görə ğlkə başçısına dərin minnətdarlığnı bildirib. 

Tədbirdə DİN İdman Cəmiyyətinin baş təlimatçısı, respublikanın əməkdan məşqçisi, Kombat Ciu-Citsu üzrə beşinci dan qara kəmər sahibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, eyni zamanda keçirilən yarışın baş hakimi Rəsul Məmmədov, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov, Beynəlxalq Dünya Ciu-Citsu Federasiyasının prezidenti Kan-Co Robert Hart, Bolqarıstan Respublikası Ciu-Citsu Federasiyasının prezidenti Yavor Dyankov, Rusiya Federasiyasının Moskva şəhəri üzrə Xüsusi-təyinatlı dəstəsinin beynəlxalq dərəcəli təlimatçısı İqor Zorin kimi bir sıra qonaqlar da iştirak edib. 

FHN-nin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev xarici qonaqlara qiymətli hədiyyələr təqdim edib və xatirə şəkilləri çəkilib. 

Tədbirin açılış mərasimində həmçinin tanınmış müğənni Fuad Musayev, "Cigitlər" rəqs qrupu çıxış edib, həmçinin DİN İdman Cəmiyyətinin Ciu-Citsu ustaları öz məharətlərini göstəriblər. 

Yarış müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilib. 

Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizəyə qoşulub. 

Çempionatda idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ və No-Gi versiyası üzrə mübarizə aparıblar. 

Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.

Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-1 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-2 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-3 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-4 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-5 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-6 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-7 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-8 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-9 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-10 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-11 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-12 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-13 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-14 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-15 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-16 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-17 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-18 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-19 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-20 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-21 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-22 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-23 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-24 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-25 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-26 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-27 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-28 Bakıda cui-citsu üzrə Azərbaycan çempionatı keçirildi - FOTO, fotoşəkil-29

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı cui-cutsi çempionat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər