Xəstəxanadan nə vaxt buraxılacağı bilinmir
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında qidadan zəhərlənən 1998-ci il təvəllüdlü Dilrubə Quliyevanın görüntüləri yayılıb.
BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, görüntülər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində çəkilib.
Tələbənin əmisi Elnur İbadov bildirib ki, D.Quliyevanın müalicəsi bir müddət davam edəcək.
Həmçinin oxu: Zəhərlənən BDU tələbələri ilə bağlı yeni TƏFƏRRÜATLAR
Onların evə nə vaxt buraxılması ilə bağlı isə hələ dəqiq tarix müəyyənləşdirilməyib.