Tələbələr evə buraxıldı
Xəzər Universitetinin tələbələri zəhərlənib.
BakuCity.az-ın məlumatına görə, Xəzər Universitetinin tələbələri olan 6 qız təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.
Onlar Kliniki Тibbi Мərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olublar. Çağırış saat 4:47 radələrində olub.
Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev prospekti, 76, mənzil 28-də baş verib.
Həmçinin oxu: Zəhərlənən BDU tələbəsinin xəstəxanadan görüntüsü yayıldı - VİDEO
Tələbələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi.
BakuCity.az