Bakıda 30 saniyəyə borc pul verən aparatla bağlı YENİ XƏBƏR - VİDEO

Faizin artacağından narahatdırlar

Bir neçə gün öncə paytaxtın müxtəlif yerlərində quraşdırılan və qısa zamanda məşhurlaşan azpulmat aparatlarının fəaliyyəti dayandırılıb.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, aparatdan borc alan şəxslər pulları ödəyəcək yer tapmırlar. Aparatların fəaliyyətinin hansı qurum tərəfindən dayandırıldığı isə açıqlanmır.

30 saniyədə vətəndaşlara nağd pul borc verən məşhur aparatların fəaliyyəti dayandırıldı.

Aparatın önündə cəmləşən adamların bəziləri pul almaq üçün, bəziləri isə aldıqları pulun faizini ödəmək üçün gəliblər.

Pul götürən şəxslər aparat işləmədiyi üçün onu ödəyə bilmirlər və buna görə faizin daha da artacağından narahatdırlar.

Həmçinin oxu: Bakıda "pul paylayan" aparatla bağlı RƏSMİ AÇIQLAMA

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmi açıqlama yayıb.

Bildirilir ki, göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması "Fərdi məlumatlar haqqında" və "Biometrik informasiya haqqında" qanunlarla tənzimlənməlidir. Belə ki, "Fərdi məlumatlar haqqında" Qanuna əsasən fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir.

Həmçinin, "Biometrik informasiya haqqında" qanuna əsasən biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.

Qurumdan bildirilib ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib. Lakin hələlik aparatların fəaliyyətinin hansı qurum tərəfindən dayandırıldığı açıqlanmır.

BakuCity.az

Bakı kredit aparat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
155 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bu sistem bir sıra iri şəhərlərdə işləyir Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa “MasterCard” vasitəsilə ödəyə biləcək. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib. O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir. Həmçinin oxu: Bakıda...
Cəmiyyət
Mənzil bazarında qiymətlər artıb Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4% artıb. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deib. Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2% artım qeydə alınıb. Həmçinin oxu: Bakıda kirayə mənzil ala bilmək üçün ŞƏRTLƏR "Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü...
Ekologiya
Yağmursuz olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi r...
Mədəniyyət
Qaliblər məlumdur Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqəsi keçirilib. BakuCity.az xəbər verir ki, yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub. Əsas mübarizə "Folklor stilizasiya" və "Bollywood" rəqs növlərində olub....
Cəmiyyət
İşgəncələrə məruz qalmış uşaqlar atanın ikinci evliliyindəndir "Bizi ördəyin yerinə basırdı. Bıçağı Hüseynin boğazına dirəyib deyirdi ki, ananızı incitsəniz, boğazınızı kəsib kanala tullayacağam. Yemək istəyəndə ağzımıza acı istiot basırdı. Deyirdi ki, yemək istəməyin. Şişi qızdırıb Hüseynin ayağına basırdı". Bu sözlər ögey ana və atanın işgəncə verdiyi azyaşlı qardaşlardan birinə məxsusdur. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Qulu ona və qarda...
Cəmiyyət
Alternativ yollardan, ictimai nəqliyyatdan istifadə edin Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək mə...
Cəmiyyət
Sahibkarlar kompensasiya tələb edirlər  Bakıda "EuroHome" tikinti malları bazarında mağazaları yanan sahibkarlar aksiya keçirirlər. BakuCity.az "Qaynarinfo"ya istindən xəbər verir ki, Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərə görə kompensasiya verilməsini istəyirlər. Mağazası yananlardan biri ona 100 min manatdan çox zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib. Həmçinin oxu: Bakıda tikinti bazarının yanğından son...
Cəmiyyət
Paytaxtda üç turizm informasiya mərkəzi fəaliyyət göstərir Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə  Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər. "Mərkəzin yerləşəcəyi yer...
Hadisələr
Ali məktəbə hazırlaşırdılar Ötən axşam Bakıda baş vermiş yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, Binəqədi rayonundakı qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş. Həmçinin oxu: Bakıda dəhşətli qəzada ölən tələbənin sevgi məktubu tapıldı - FOTO Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkç...