BNA-nın "cərimə maşını" yeni problemlər yaradacaq - İDDİA

Bəs avtomobillər harada saxlanılmalıdır?

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma qaydalarını pozan sürücüləri cərimə etmək üçün yeni avadanlıqdan istifadə edəcək. Artıq yeni cihazlar BNA-nın xüsusi avtomobillərinə quraşdırılır.

BakuCity.az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, BNA-nın həmin avtomobilləri yaxın günlərdə şəhərdə fəaliyyətə başlayacaq. Qurumun yeni maşınları hərəkətdə olarkən belə yeni cihaz vasitəsilə yol qırağında dayanan sürücüləri cәrimәlәyә biləcək.

Bakı Nəqliyyat Agentliyinə məxsus cərimə maşınlarına reaksiya ictimaiyyətdə birmənalı olmayıb. Nəqliyyat eksperti Azər Allahverənov isə Baku.ws-ə açıqlamasında bu tip yanaşmanı düzgün hesab etmədiyini qeyd edib:

“Bildiyiniz kimi, Bakı şəhərinin bir çox yerlərində dayanma-durma qaydaları kobud şəkildə pozulur. Demək olar ki, bu məsələ geniş miqyas alıb. Bu məsələdə nə Dövlət Yol Polisi, nə də Bakı Nəqliyyat Agentliyi vəziyyətə tam nəzarət edə bilmir.

Bəlli məsələdir ki, müşahidə kameraları vasitəsilə qaydaları pozan sürücülərlə bağlı müvafiq qeydlər aparılır və cərimələr tətbiq olunur. Amma o yerlərdə ki, müşahidə kameraları göstərmir və ya quraşdırılmayıb, orada insan resurslarından istifadə edilir. Vaxtilə Yol Patrul Xidmətinin əməkdaşları bu missiyanı yerinə yetirirdi. Həmin şəxslər əlində planşet müvafiq qayda pozuntusunu rəsmiləşdirirdi. Hazırda isə bu məsələ ilə BNA əməkdaşları məşğuldur.

Təxmin edirəm ki, bu məsələdə insan resurslarının çatışmazlığı yaranıb. Söhbət qısa müddətdə daha effektiv nəzarətin tətbiq edilməsindən gedirsə, BNA bunu cərimə maşınları vasitəsilə həyata keçirməyə üstünlük verir. Cərimə avtomobillərinə xüsusi cihazlar quraşdırılacaq və bu qurğular avtomobillərin üzərindəki çipdən informasiyanı oxuyub dərhal prosesi tamamlayacaq. Burada söhbət prosesin sürətlənməsindən gedir.

Şəxsən mən bu kimi yanaşmanın tərəfdarı deyiləm. Hesab edirəmn ki, dayanma-durma ilə effektiv mübarizə aparmaq olar, lakin effektiv mübarizə ilə digər zəruri tədbirlərin görülməsi lazımdır. Misal üçün şərti olaraq perimetr üzrə iki-üç kvartalı əhatə edən ərazidə dayanma-durmanı qadağan edən nişanlar quraşdırılırsa, bir qayda olaraq avtomobillər istənilən halda inzibati xəta törədəcəklər. Çünki avtomobillərə əlavə alternativlər verilmir. Yəni avtomobillər harada saxlanılmalıdır? Saxlanılması üçün yerlər varmı? Ən azından, ödənişli parkinq yerləri olmalıdır”.

Ekspert əlavə edib ki, hər yerdə dayanma-durmanı qadağan etmək düzgün olmazdı: 

“İndi kimsə dərhal deyəcək ki, heç də aidiyyəti strukturlar avtomobillərin saxlanılması üçün yerləri ayırmağa borclu deyil. Əminəm ki, belə deyənlər olacaq. Sosial şəbəkədə hərdən belə müzakirələr aparılır. İnsanlar məsələyə müxtəlif yanşır. Kimsə deyir ki, dövlət və aidiyyəti strukturlar borclu deyil ki, insanlara alternativ yollar versin və avtomobillər üçün parkinq yerləri ayırsın. Yəni belə yanaşmalar da var.

Düşünürəm ki, bu məsələdə vacib olan sistemin qurulmasıdır. Əgər hər hansı məntəqədə avtomobillərin saxlanılması qadağandırsa, onda insanlara parkinq üçün alternativ yerlər təklif olunmalıdır. Hər yerdə dayanma-durmanı qadağan etmək düzgün olmazdı. Digər tərəfdən, mübahisəli məqamlar da var. Misal üçün, mən avtomobilimi saxladım və iki dəqiqədən sonra qayıdanda cərimə olunacağam. Bu məsələdə xəta necə qeydə alınacaq? Əgər cərimə maşını hərəkətdədirsə, yolboyu sağ və solda dayanan bütün avtomobilləri cərimə edirsə, o haradan biləcək ki, maşın burada iki dəqiqədir, yoxsa dava çox müddətdir dayanıb? Çünki o maşın da hərəkətdədir. Amma müşahidə kameraları vasitəsilə görünürdü ki, avtomobil hansı tarixdə dayanıb, hansı tarixdə hərəkət etdi.

Təbii ki, belə olan halda sistem o sürücüyə cərimə yazırdısa, həmin şəxs özünün haqlı olduğunu sübut etmək üçün (15 dəqiqəyə qədər avtomobil saxlayıbsa) elektron protokoldan şikayət edə bilirdi. Bu da şərti olaraq mübahisə yaradan bir haldır. Söhbət 327 (dayanma) və 328 (durma) nişanlarından gedir. Burada bir çox məsələlər var.

BNA cərimə maşınları əldə etsə də, bu, problemləri həll eləmir. Sadəcə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən biridir”. 

BakuCity.az

Bakı nəqliyyat cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Azərbaycanda 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. Məlumatda deyilir: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci...
Ekologiya
1 apreldə gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-s verilən məlumata görə aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 8-11, gündü...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin...
Cəmiyyət
Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur. Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı “BP Azərbaycan” şirkətin...
Cəmiyyət
“Reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmır” Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin ciddiliyinin nəzərə alınması və karantin tədbirlərinə əməl edilməsi üçün ölkə vətəndaşlarına müraciət edib. BakuCity.az-ın məlumatına görə, C.İsayev Trend-ə açıqlamasında bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Bu virus ABŞ, İtaliya, İspaniya, Böyük Britaniy...
Cəmiyyət
Bu gündən küçəyə çıxmaq qadağan olunub Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində o cümlədən paytaxtda da bir sıra məhdudiyyətlər həyata keçirilir. BakuCity.az-ın məlumatına görə, “Report”un əməkdaşları paytaxt sakinlərinin xüsusi karantin rejiminə necə riayət etmələri ilə tanış olmaq üçün gecə saat 00:00-...
Cəmiyyət
Müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaqlar Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək. Bunu BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə a...
Cəmiyyət
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. BakuCity.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-i...
Cəmiyyət
Sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək Koronavirus infeksiyası ilə əlaqədar mövcud durumda dövlət kredit ödənişlərinə dəstək verəcək, kommunal xidmətlərin limiti artırılacaq. BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək...