“Bakutel” sərgisi yubileyini yeni brend və formatda qeyd edir

Sərgiyə 3 min şirkət qatılacaq

25 ildir ki, İT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirir.

3-6 dekabr tarixlərində keçiriləcək sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.

25 İLLİK UĞUR:

•3000 şirkət

•50 ölkə

•25 000 ziyarətçi

•Yaradılmış müəssisələr, vacib əlaqə və görüşlər

Yubiley sərgidə 20 ölkədən, o cümlədən Azərbaycan, Çin, Finlandiya, İsveçrə, Ukrayna və digər ölkələrdən 200-dən çox şirkətin iştirakı gözlənilir. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə və Xorvatiya və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edəcəklər.

Yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları təqdim edəcəklər.

Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Sərgi həm iş, həm də gündəlik həyat üçün ağıllı həllər təklif edir.

Sərgi iştirakçılarının, habelə təqdim olunan məhsul və xidmətlərin siyahısı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://bakutel.az/az-exhibitorslist/

DÖVLƏT SEKTORUNDA İT HƏLLƏR

Bu il dövlət sektoru sərgidə geniş tərkibdə təmsil olunub. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendində nazirliyin tabeliyində olan bütün strukturlar – “Azərpoçt”, “Azərmarka”, “İnnovasiyalar Agentliyi”, “Aztelekom”, “Azintelekom”, “Bakı Telefon Rabitəsi”, “İnformasiya-hesablama mərkəzi” və s. strukturlar təqdim ediləcək.

Bu il “Bakutel” sərgisinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi öz həll variantları ilə sərgiyə qatılıb. Həmçinin “ASAN” və onun “E-GOV” (Elektron hökumət) strukturu da tədbirdə iştirak edəcək. Sərginin ikinci zalında IoT (Əşyaların interneti) texnologiyaları təqdim edən şirkətlər yerləşəcəklər. “Bakutel” sərgisinin çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendi də təqdim olunacaq.

“STARTAP AVENYU” 

“Bakutel” sərgisi yeniliklərin nümayişi üçün ölkənin ən böyük qovşağıdır. Bu il sərgidə təxminən 50 startapı iştirak edəcək və müxtəlif fəaliyyət sahələri üçün öz layihələrini təqdim edəcəklər.

Yüksək Texnologiyalar Parkının startapları, həmçinin istər Bakıdan, istərsə də ölkə regionlarından olan startapların da daxil olduğu, “İdeyadan biznesə” startap turlarının finalçılarının layihələri təqdim olunacaq. Həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Bakcell” şirkətinin stendlərində “Barama” və “AppLab” inkubasiya mərkəzləri təqdim ediləcək.

İŞGÜZAR PROQRAM

“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda 3 dekabr tarixində müxtəlif maraqlı tədbirlər keçiriləcək.

4 dekabr tarixidə “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.

Həmin gün artıq ikinci dəfə “Bakutel” sərgisi çərçivəsində “Əşyalarin İnterneti: Müasir Cəmiyyətin Təməli” mövzusuna həsr olunmuş “Xəzər İnnovasiya Konfransı” keçiriləcək. Konfransda Əşyaların İnterneti üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərinin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaq.

“BAKUTEL TECH TALKS” 

Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək. “Bakutel Tech Talks” 3 sessiyadan ibarət olacaq:

•Dünyanın məşhur İT şirkətlərində çalışan həmvətənlərimizi bir araya gətirəcək “Bizimkilər” sessiyası.

•Öz həyatı və karyeralarını İT sektoru ilə bağlamış Azərbaycan qadınlarına həsr olunub “Women Tech Talks” sessiyası. Sessiyanın sponsoru qismində “Paşa Bank” çıxış edir.

•İşəgötürənlər və tələbələr arasında "canlı" ünsiyyət formatında İT əmək bazarında peşə, tələb və təklifin aktual problemləri müzakirə ediləcəyi “İT üzrə mütəxəssislərin formalaşmasında məktəb və universitetin rolu: çağırışlar və ehtiyaclar” sessiyası.

Artıq ənənəyə çevrilmiş “B2B” formatlı görüşlər 5 dekabr tarixində keçiriləcək. Bu görüşlər sərgi iştirakçıları və şaquli bazarları təmsil edən şirkətlər arasında işgüzar əlaqələrin qurulması, eləcə də yeni tərəfdaş və innovativ həllərin axtarışı üçün əlavə platforma rolunu oynayacaq.

İLK DƏFƏ MÖHTƏŞƏM ROBOPARK! 

Bakı Ekspo Mərkəzinin foyesində ən yeni robot modelləri nümayiş olunacaq:

•Las-Veqasdan Pepper humanoid robotu

•Robot balıqlar

•Dünyaca məşhur Robot rəssam

•Müxtəlif Sumo, Güləş və Dron yarışları

•Kosmo zonası

•6 metrlik uçan astronaft             

•Sizi təəccübləndirəcək 20-dən çox interaktiv zona

•Və ən nəhayət hamının sevimlisi Robot pianoçu

Robotları öz gözünüzlə görməyə tələsin!

TƏŞKİLATLATÇILAR VƏ RƏSMİ DƏSTƏK 

“Bakutel 2019” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Sərginin baş sponsoru iyirmi ildən artıq tədbirin iştirakçısı olan “Azercell” şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin “Mitto” şirkəti də çıxış edir. 

“Bakutel 2019” - daha böyük, texnoloji və parlaq!

BakuCity.az

Bakutel sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycanda 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. Məlumatda deyilir: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci...
Ekologiya
1 apreldə gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-s verilən məlumata görə aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 8-11, gündü...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin...
Cəmiyyət
Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur. Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı “BP Azərbaycan” şirkətin...
Cəmiyyət
“Reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmır” Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin ciddiliyinin nəzərə alınması və karantin tədbirlərinə əməl edilməsi üçün ölkə vətəndaşlarına müraciət edib. BakuCity.az-ın məlumatına görə, C.İsayev Trend-ə açıqlamasında bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Bu virus ABŞ, İtaliya, İspaniya, Böyük Britaniy...
Cəmiyyət
Bu gündən küçəyə çıxmaq qadağan olunub Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində o cümlədən paytaxtda da bir sıra məhdudiyyətlər həyata keçirilir. BakuCity.az-ın məlumatına görə, “Report”un əməkdaşları paytaxt sakinlərinin xüsusi karantin rejiminə necə riayət etmələri ilə tanış olmaq üçün gecə saat 00:00-...
Cəmiyyət
Müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaqlar Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək. Bunu BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə a...
Cəmiyyət
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. BakuCity.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-i...
Cəmiyyət
Sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək Koronavirus infeksiyası ilə əlaqədar mövcud durumda dövlət kredit ödənişlərinə dəstək verəcək, kommunal xidmətlərin limiti artırılacaq. BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək...