Bakıdan Dubaya aviareyslər artırılır

Bakıdan Dubaya aviareyslər artırılır

Gündə iki dəfə uçuş olacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2019/2020-ci ilin qış cədvəli çərçivəsində Bakı-Dubay aviareysi üzrə birbaşa uçuşların sayını artırır.

AZAL-dan BakuCity.az-a verilən məlumata görə, hazırda sözügedən aviareys üzrə həftənin hər günü, gündə bir dəfə olaraq uçuşlar həyata keçirilir.

Noyabrın 29-dan etibarən isə gələn ilin yanvar ayınadək uçuşların sayı iki dəfə artırılacaq. Yəni Bakıdan Dubaya və əks istiqamətə hər gün iki dəfə uçuş olacaq.

Reyslər "Airbus" tipli təyyarələrlə yerinə yetirilir.

BakuCity.az

Bakı Dubay aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər