İkinci kurs tələbəsi olub
Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi yol-nəqliyyat hadisəsində vəfat edib.
BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, qəza noyabrın 24-ü, saat 23:30 radələrində baş verib.
Hadisə zamanı Anar İlham oğlu Musayev idarə etdiyi avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn avtomobillə toqquşub.
Həmçinin oxu: Bakıda faciə: daha bir tələbə zəhərlənib öldü - FOTO
Nəticədə A.Musayev hadisə yerində ölüb.
Vəfat edən tələbə universitetin ikinci kurs tələbəsi olub.
Qeyd edək ki, onun fotosunu “Azərbaycan Universitetləri” səhifəsi paylaşıb.