Peşəkar sürücülərə çox ehtiyac var
Bakıda 300-ə yaxın yeni avtobusu idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var.
BakuCity.az Azxeber.com-a istinadən məlumat verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
M.Ağayev bildirib ki, hazırda Türkiyə istehsalı olan avtobusları idarə etmək üçün qəbul olunan sürücülərin təlim işləri aparılır:
“Alınan 300-ə yaxın yeni avtobusu idarə etmək üçün peşəkar sürücülərə çox ehtiyac var. Hazırda sürücü kimi çalışan vətəndaşlarımız da müraciət edə bilərlər. Onlar bilməlidirlər ki, əgər “BakuBus” MMC-ni seçərlərsə, onlarla normal əmək müqaviləsi tənzimlənəcək, iş və istirahət vaxtlarının bölünməsi kimi qanunvericiliyin bütün tələbləri yerinə yetiriləcək".
BakuCity.az