Bakıda “Qış nağılı” Yeni il komediyasının qala gecəsi keçiriləcək

Gecəyə məşhur ulduzlar qonaq olacaq

Qışın ilk günü - 1 dekabr 17:00-da Heydər Əliyev Sarayında ən təzə Yeni il filmi – “Qış nağılı”nın Qala gecəsi keçiriləcək.

Bakucity.az xəbər verir ki, iki seriyadan ibarət “Qış nağılı” “Cinemazadeh” studiyasında lentə alınıb. Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.

Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur.

Məşhur simaların yer aldığı filmdə baş rol ifaçısı demək olar ki, yoxdur.

Film eyni oteldə baş verən bir neçə hekayədən ibarətdir:

Bir neçə ildir yubanan nişanlarını Yeni il gecəsi keçirməyə qərar verən cütlük və onların hekayəsində Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev və Asya Abdullayeva rol alıb.

Nişanda iştirak etmək üçün otelə gələn dostları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndi və Dilarə Kazımova oyanyır.

Ailəsinə öz hesabına böyük otel otağı tutan imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanları Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı oynayır.

Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov və Nofəl Şahmaroğlu canlandırır.

Yeni il şousu üçün isə otelə Türkiyədən Halil Sezai və Müge Boz dəvət olunub.

Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra və Vüsal Hacıqədir canlandırır.

Ekran işində nənə obrazını Zemfira Sadıqova, nəvə rolunu isə Dəniz Axundzadə oynayıb. İlkin Həsəni və Tural Əsədov kimi məşhurlar da filmdə rol alıb.

Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, bəstəkar, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.

Filmin əsas musiqilərini Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samir Əfəndi səsləndirib.

Biletləri İticket satış mərkəzlərindən ala bilərsiniz! Yerlər məhduddur!

Bakucity.az 

Bakı Qış nağılı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
24 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bu sistem bir sıra iri şəhərlərdə işləyir Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa “MasterCard” vasitəsilə ödəyə biləcək. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib. O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir. Həmçinin oxu: Bakıda...
Cəmiyyət
Mənzil bazarında qiymətlər artıb Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4% artıb. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deib. Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2% artım qeydə alınıb. Həmçinin oxu: Bakıda kirayə mənzil ala bilmək üçün ŞƏRTLƏR "Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü...
Ekologiya
Yağmursuz olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi r...
Mədəniyyət
Qaliblər məlumdur Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqəsi keçirilib. BakuCity.az xəbər verir ki, yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub. Əsas mübarizə "Folklor stilizasiya" və "Bollywood" rəqs növlərində olub....
Cəmiyyət
İşgəncələrə məruz qalmış uşaqlar atanın ikinci evliliyindəndir "Bizi ördəyin yerinə basırdı. Bıçağı Hüseynin boğazına dirəyib deyirdi ki, ananızı incitsəniz, boğazınızı kəsib kanala tullayacağam. Yemək istəyəndə ağzımıza acı istiot basırdı. Deyirdi ki, yemək istəməyin. Şişi qızdırıb Hüseynin ayağına basırdı". Bu sözlər ögey ana və atanın işgəncə verdiyi azyaşlı qardaşlardan birinə məxsusdur. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Qulu ona və qarda...
Cəmiyyət
Alternativ yollardan, ictimai nəqliyyatdan istifadə edin Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək mə...
Cəmiyyət
Sahibkarlar kompensasiya tələb edirlər  Bakıda "EuroHome" tikinti malları bazarında mağazaları yanan sahibkarlar aksiya keçirirlər. BakuCity.az "Qaynarinfo"ya istindən xəbər verir ki, Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərə görə kompensasiya verilməsini istəyirlər. Mağazası yananlardan biri ona 100 min manatdan çox zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib. Həmçinin oxu: Bakıda tikinti bazarının yanğından son...
Cəmiyyət
Paytaxtda üç turizm informasiya mərkəzi fəaliyyət göstərir Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə  Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər. "Mərkəzin yerləşəcəyi yer...
Hadisələr
Ali məktəbə hazırlaşırdılar Ötən axşam Bakıda baş vermiş yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, Binəqədi rayonundakı qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş. Həmçinin oxu: Bakıda dəhşətli qəzada ölən tələbənin sevgi məktubu tapıldı - FOTO Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkç...