Hüseyn Cavidin heykəli: Ana və İblis, qızılgüllərə sevgi - FOTO

Heykəltəraş Cavidin qızılgüllərə sevgisini unutmayıb

Repressiya qurbanı Hüseyn Cavidin monumental abidəsi paytaxtda 26 il öncə ucaldılıb.

BakuCity.az “Bakının heykəlləri” rubrikasında məşhur heykəltəraş, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, "Heydər Əliyev" ordeni laureatı Ömər Eldarovun əsəri – şair, yazıçı və dramaturq Hüseyn Cavidin monumental abidəsindən bəhs edir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov abidə barədə saytımıza maraqlı məlumatlar verib.

S.Sadıqov deyir ki, 1990-cı illərdə ölkə həyatında baş verən mühüm ictimai-siyasi dəyişikliklər və çətinliklərə baxmayaraq, incəsənətin, xüsusilə də təsviri sənətin inkişafı davam edib. Heykəltəraşlarımız bu dövrdə də fəaliyyət göstərib və bir sıra uğurlu əsərlər yaradıblar:

“Həmin çətin dövrlərdə yaradılan sənət əsərlərindən biri isə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi kimi tarixə düşmüş Hüseyn Cavidin abidəsidir. Görkəmli tişə ustası, monumental sənət əsərləri ilə təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da məşhur olan, Xalq rəssamı Ömər Eldarovun beş illik gərgin əməyi nəticəsində möhtəşəm monumental fəlsəfi-romantik kompozisiya quruluşlu abidə yaradıldı”.

Həmçinin oxu: "Azad qadın" heykəlinin tarixçəsi: yubiley abidəsi, heykəltəraşın tamamlanmamış işi - FOTO

Sənətşünasın fikrincə, heykəltəraş bu əsərdə (memarlar R.Əliyev və Y.Qədimov) çox maraqlı kompozisiya quruluşu tapıb:

“Bu abidədə ədib dərin düşüncələrə dalmış, zəngin zəka sahibinə malik bir insanı xatırladır. Cavidin fiquru onun əsərlərində yaratdığı simvolik obrazların əhatəsində ucaldılıb. Burada bir-birinə qarşı çıxan iki qüvvə, iki obraz - Ana və İblis üz-üzə, qarşı-qarşıya dayanıb. İblis məkr, zülmət rəmzidir. Məhəbbət, səmimiyyət, xeyirxahlıq rəmzi olan Ana obrazı isə fəlakətə uğrayan insanları sanki şər qüvvələrin əlindən xilas etməyə çalışdığı anda təvsir olunub. Təbii ki, öz yaradıcılığında humanizmi, haqq-ədaləti tərənnüm edən şair də ananın tərəfindədir. Ömər Eldarov Cavidin qızılgüllərə olan sevgisini xüsusi vurğulayıb”.         

O hesab edir ki, kompozisiyanın belə tərzdə qurulması heykəltəraşın ədibin yaradıcılığını yetərincə qavramasından irəli gəlir:

“Şairi yaxından tanıyanların unudulmaz xatirələri, Cavid tədqiqatçılarının məsləhətləri müəllifə bu cür qeyri-adi abidə yaratmaq ideyası verib. Abidə üzərində işə başlayarkən isə heykəltəraş Hüseyn Cavid yaradıcılığına dönə-dönə müraciət edib, əsərlərini oxuyub”.

Hüseyn Cavidin abidəsi 1993-cü ildə paytaxtın ədibin elə öz adını daşıyan prospektində yerləşən parkda – Hüseyn Cavid parkında ucaldılıb. Abidənin ümumi hündürlüyü 10 metrə yaxındır. Kürsülüyü üzərində Hüseyn Cavidin əsərlərindən fraqmentlər həkk edilib.

Hüseyn Cavidin bu möhtəşəm abidəsi ilk dəfə olaraq Bakıda Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatında tuncdan tökülüb.

Ramilə Qardaşxanqızı

FOTO: Nicat Alili

BakuCity.az

Bakı heykəl Hüseyn Cavid
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub 25 yanvar tarixində İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub. BakuCity.az xəbər verir ki, Pre-akselerasiya proqramına seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10 -u seçilərək finala vəsiqə qazana bili...
Cəmiyyət
Ayın 30-dan tətbiq olunacaq Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 30.01.2020-ci il tarixindən 67 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək. Qeyd edək ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş...
Ekologiya
Səhər duman olacaq Yanvarın 26-da Bakıda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan...
İdman
İlin sonuna kimi Bakı klubunda olacaq “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. BakuCity.az xəbər verir ki, komanda George Antonla razılığa gəlib. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, George Anton Moldova millisinin də üzvüdür. O, daha əvvəl ölkəsində “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub. BakuCity.az
Cəmiyyət
Quduzluq əlaməti olub Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi Ömərov Poladı ötən ay küçədə sahibsiz it dişləyib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib. Qonşuların bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını də...
Cəmiyyət
10-a yaxın sürücü cərimələnib Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib. BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb. BNA-nın mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq...
Hadisələr
6 nəfər xəsarət alıb Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.  İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a bildirilib ki, bu gün saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyn...
Cəmiyyət
Bərpa işlərini Avstriya şirkəti həyata keçirib İçərişəhər, Böyük Qala küçəsi, 50 ünvanında arxeoloji qazıntı aparılarkən aşkar edilmiş orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. BakuCity.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib. Onun sözlərinə görə, Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, h...
Hadisələr
Ölüm səbəbləri araşdırılır Bakıda bankda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə "AtaBank"ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb. Bankın əməkdaşı Ramilə Heydərova çalışdığı yerdə vəfat edib. Hazırda R.Heydərovanın ölüm səbəbləri araşdırılır. BakuCity.az