Ətin qiyməti ilə bağlı VACİB XƏBƏR

Ətin qiyməti ilə bağlı VACİB XƏBƏR

"Bu, qiymətlərin sabit qalmasına şərait yaradacaq"

Yeni irəli sürülmuş layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

“ƏDV azad olunan sahələr, əsasən, əhalinin ərzaq tələbatının ödənilməsi sahəsində vacib məsələdir”.

BakuCity.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında iqtisadçı İlham Əzizov bildirib.

Onun sözlərinə görə, bu, son illər həmin sahədə yeni yaradılmış müəssisələrə dəstək məqsədi daşıyır:

“Balıq yemi istehsal edən müəssisələr həm də heyvan və quş yemləri istehsal edirlər. Bu, bazarda qiymətin sabit qalması baxımından da əhəmiyyətlidir. 2017-ci ildən tətbiq edilən bu vergi növünün ləğvi məqsədəuyğundur. Ölkə tam həcmdə özünü heyvan və quş əti ilə təmin edə bilmir. Bu, istehsalın artmasına və qiymətlərin sabit qalmasına şərait yaradacaq”.

İqtisadçı deyib ki, bu sahənin inkişafı üçün əsas məhsul olan yemlərin ƏDV-dən azad edilməsi ümimlikdə sahənin canlanmasına kömək edəcək.

BakuCity.az

Bakı ət qiymət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər