Məmmədlidə bu ailələrə 100 mənzil verildi – FOTO

Qalanlarına ilin sonunadək veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış daha 100 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edildi.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara aid vətəndaşlara qayğının artırılması sahəsində aparılan işləri qeyd edib. O, şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin mənzillə təminatı proqramının ildən-ilə gücləndiyini vurğulayıb.

Nazir müavini diqqətə çatdırıb ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 486 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi təmin ediləcəkdir.

A.Əliyev bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7140 mənzil və fərdi evin verildiyini, qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib. O, eyni zamanda, 2018-ci ildə 265 müharibə əlilinə nazirlik tərəfindən avtomobil verildiyini, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan bu il artıq 427 avtomobilin təqdim edildiyini deyib. Nazir müavini indiyədək 6400-dək minik avtomobilinin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara verildiyini qeyd edib. O, həmçinin cari ildə reallaşdırılan sosial paketlərin tərkib hissəsi kimi, şəhid ailələrinə, müharibə əlillərinə yönələn sosial ödənişlərin də əhəmiyyətli şəkildə artırıldığını bildirib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsi, onların mənzillərlə təminatı sahəsində ardıcıl xarakter alan tədbirlərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar aparılan güclü sosial siyasətdən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına və hazırda müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

BakuCity.az

Bakı mənzil şəhid ailələri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronavirusun daha çox təsir etdiyi sahələr açıqlanıb. Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub. BakuCity.az xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur.  Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha cidd...
Cəmiyyət
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. BakuCity.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddi...
Cəmiyyət
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cüml...
Cəmiyyət
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub. BakuCity.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar. Həmçinin oxu: Fəttah Heydərov vəfat etdi Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (qafqazinfo) BakuCity.az
Kriminal
Sürücü yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.  BakuCity.az xəbər verir ki, Saatlıda anadan olmuş Abbasov Elmir İsrail oğlu idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.  Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi i...
Cəmiyyət
Fəttah Heydərov dünyasını dəyişib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (BakuPost) BakuCity.az
Cəmiyyət
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər.  BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir. Sakinlər bildirirlər ki, tiki...
Cəmiyyət
"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". BakuCity.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.  H. Hacıyev bildirib ki, əldə olunan nəticələr iyunun 21-dən etibarən tətbiq edilən karantin rejiminin və vətəndaşların buna əməl etməsinin nəticəsidir: "Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi y...
Ekologiya
Qubada zəlzələ baş verib. BakuCity.az xəbər verir ki, yeraltı təkanlar saat 4:52-də qeydə alınıb. Zəlzələ təxminən 3,5-4 maqnitudada baş verib. Yeraltı təkanlar hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur. (report) BakuCity.az