ATƏT-in sədri Bakıya gəlir

ATƏT-in sədri Bakıya gəlir

Qonaq bu gün və sabah Bakıda səfərdə olacaq

Slovakiyanın Xarici və Avropa İşləri naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak bu gün və sabah Bakıda səfərdə olacaq.

BakuCity.az xəbər verir ki, M.Layçakın Azərbaycanda Slovakiya səfirliyinin açılışında iştirak edəcəyi gözlənilir.

Slovakiya xarici işlər idarəsinin nümayəndəsi Boris Qandelin sözlərinə görə, M.Layçak Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla və digər rəsmilərlə görüşəcək.

BakuCity.az

Bakı ATƏT Miroslav Layçak
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər