Yağışlardan sonra olub
Bakıda daha bir ev çöküb.
BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonu, Əli bəy Hüseynzadə küçəsi, ev 10 ünvanında qeydə alınıb.
İkimərtəbəli evin mətbəxinin uçulması nəticəsində daşlar həyətyanı sahəyə tökülüb.
Həmçinin oxu: Bakının mərkəzində bina dağıldı - FOTO + VİDEO
Sakinin bildirdiyinə görə, ev əvvəllər də qəzalı vəziyyətdə olub, aramsız yağan yağışlardan sonra bu hadisə baş verib. Qəza ilə bağlı lazımi qurumlara müraciət edilib.