Elektrik sayğacları ilə bağlı YENİ XƏBƏR

Elektrik sayğacları ilə bağlı YENİ XƏBƏR

Yeni massivlərdə əksəriyyəti bu tipli sayğaclardır

Azərbaycanda smart tipli elektrik sayğaclara tam keçid 2023-cü ilədək təmin olunacaq.

BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu "Azərişıq" ASC-nin "ASAN xidmət"lə İş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli deyib

E.Rüstəmli bildirib ki, hazırda "Azərişıq" tərəfindən yeni qoşulmaların təqribən 90%-i sırf smart sayğaclardır və yeni massivlərdə quraşdırılan sayğacların əksəriyyəti məhz bu tipli sayğaclardır:

"Yol xəritəsinə uyğun olaraq, 2023-cü ilədək ölkənin elektrik təchizatı sistemi "ağıllı şəbəkə"yə keçməlidir ki, burada söhbət kart sisteminə keçiddən deyil, smart tipli şəbəkələrdən gedir".

BakuCity.az

Bakı elektrik sayğacları smart
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər