"Rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığı" mövzusunda I Beynəlxalq Pedaqoji Konfransı keçirilib

"Rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığı" mövzusunda I Beynəlxalq Pedaqoji Konfransı keçirilib

Konfrans 20-dən çox ölkədən müəllimləri bir araya gətirib

22 noyabr 2019-cu il tarixində 20-dən çox ölkədən yüzlərlə pedaqoqun bir araya gəldiyi "Rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığı” mövzusunda I Beynəlxalq Pedaqoji Konfransı keçirilib. 

BakuCity.az xəbər verir ki, konfransın məqsədi təhsil prosesində istifadə edilə bilən mövcud rəqəmsal təcrübə və alətləri toplamaq və onları dünyadakı pedaqoqlara tanıtmaqdır.

Konfrans Rusiyada əyani formatda və dünyanın 8 ölkəsində: Azərbaycan, Serbiya, İsrail, Qazaxıstan, Özbəkistan, İspaniya, Belarus və Ermənistanda keçirilib.   

Məkandan asılı olmayaraq konfrans iştirakçıları onlayn yayımlara qoşula biliblər. Müxtəlif ölkələrdən 32 komanda isə konfrans üçün xüsusi hazırlanmış formatda - Tsifrotonda iştirak etdiblər.

Həmçinin iştirakçılar RƏQƏMSAL KVEST - yeni texnologiyaların həyatımıza nüfuz etməsi ilə əlaqədar dəyişən etiket normaları haqqında əyləncəli tapşırıqları yerinə yetirib, habelə RƏQƏMSAL İMLA yazmaqla rəqəmsal biliklərinin səviyyəsini yoxlayıb və onu necə artırmağı öyrəniblər.

Rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığı mövzusunu davam etdirən konfransda görülən işlərin aralıq nəticələrini ümumiləşdirmək məqsədilə 2020-ci ilin aprelində ikinci konfransın keçirilməsini qərara alınıb. 

BakuCity.az

Bakı kadr hazırlığı konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər