Bakıda batika və kəlağayı sərgisi açıldı - FOTO

“Kəlağayı: ipək qanadlar” batika və kəlağayı sərgisi açılıb

26 noyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı olub.

BakuCity.az xəbər verir ki, tədbiri muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq, dövlət tərəfindən milli dəyərlərimizin qorunmasına göstərilən yüksək diqqət və qayğıdan danışıb.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri və çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Ş.Məlikova sərginin ölkəmizin mədəniyyət həyatında baş verən bu mühüm tarixi hadisəyə həsr edildiyini vurğulayıb:

“Ekspozisiyaya Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın şəxsi kolleksiyasından 30-dan çox kəlağayı nümunəsi, o cümlədən ipək üzərində batika texnikasında hazırlanmış onun müəllifi olduğu 30 panno daxildir. Sərginin konsepsiyasını ənənəvi, yəni klassik və ipək üzərində rəsm sənətinə müasir yanaşmanın, müəllif yanaşmasının sintezi təşkil edir”.

Şirin xanım bildirib ki, İnna Kostinanın xüsusilə bu layihə üçün yaratdığı pannoları Şəki və Basqalda ötən əsrdə qədim texnologiya əsasında müxtəlif müəlliflər tərəfindən hazırlanmış kəlağayılar ilə bir yerdə görmək mümkündür.

Onun sözlərinə görə, kolleksiyada İnna Kostinanın müəllifi olduğu qızılı ornamentli, bənövşəyi kəlağayı da var:

“Bu kəlağayı Rəna İbrahimbəyova və Cəlil Tarverdiyevin Basqalda yaratdığı “Kəlağayı” Baramaçılıq Mərkəzində 2003-cü ildə keçirilən yaradıcılıq forumunda hazırlanıb. Orada İnna Kostina Azərbaycanın digər ipək üzrə rəssamları - T.Ağababayeva, İ.Zeynalova və F.Məmmədova ilə birlikdə bütün qədim texnologiyaları nəzərə almaqla, öz eskizləri əsasında kəlağayılar yaradıb”.

Açılış mərasimində Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarverdiyev çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, sərginin əhəmiyyətindən danışıblar. Azərbaycanın Əməkdar rəssamı İnna Kostina belə bir sərginin təşkilində iştirak edənlərə və sərgiyə maraq göstərdikləri üçün qonaqlara minnətdarlığını bildirib.

Sərgi 5 dekabr tarixinədək davam edəcək.

 BakuCity.az

Bakı kələğayı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
30 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq Yeni təyyarələrin alınması Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) marşrut şəbəkəsinin genişləndirməsinə imkan yaradacaq. BakuCity.az xəbər verir ki, bunu “APA-Economics”ə AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov deyib. “AZAL-ın strateji inkişaf planı var, yeni təyyarələrin alınması nəzərə alınaraq açılacaq yeni marşrutlar müəyyənləşdirilib. Yeni reyslər əsasən Cənub-Şərq...
Cəmiyyət
"Şərur" MTK-nın rəhbərliyi qanunsuz tələblər irəli sürür" Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.  Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: "Bu müraciəti son günlər...
Cəmiyyət
"Özləri uşaqları bu cür ediblər" Bir neçə gündür iki azyaşlı uşağa şiddət göstərməkdə ittiham olunan ata Xaqani Kazımov və ögey ana Nuranə “Səni axtarıram” verilişinə qatılıb. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar canlı yayıma çıxaraq iddialara cavab veriblər. X.Kazımov qayınatasının ona böhtan atdığını bildirib: “Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını q...
Hadisələr
Avtobusun şüşəni təpiklə sındırıb Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübah...
Siyasət
Dövlət başçıları təkbətək görüşüblər Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İordan...
Cəmiyyət
Bu köşklər şəhər küçələrindən yığışdırılacaq? Bakıda veb-taksofonlar və onlar üçün köşklər 2013-cü ildən quraşdırılıb. Hazırda isə şəhərin bir çox yerlərində həmin köşklərin içi boşdur.  BakuCity.az məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC ilə (“Baktelecom”) əlaqə saxlayıb. Qurumdan bildirilib ki, hazırda boş olan qurğular vaxtilə müxtəlif şirkətlər tərəfindən taksofonların yerləşdirilməsi üçün quraşdırılmışdı. Bu köşkləri quraşdıran hər hansı şirkət h...
Hakimiyyət
Polkovnik Hikmət Abbasov rəis təyin edilib Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarılan general 06.04.1968-ci ildə N...
Cəmiyyət
Əfsanəvi kəşfiyyatçı "hər şeyi görür" Bu gün BakuCity.az “Bakının parkları və bağları” rubrikası çərçivəsində paytaxtın Səməd Vurğun küçəsi ilə Azadlıq prospekti arasında yerləşən köhnə parklarından biri - Rixard Zorge parkından bəhs edəcək. Alman mühəndisin fikri 1898-ci ildə Bakı Şəhər Duması, Bakının baş planını mühəndis və keçmiş şəhər rəhbəri Nikolay fon der Nonneyə sifariş verdi. Alman mühəndis planda şəhərin əhəmiyyətli hissələrini böyük bulvar və p...
Cəmiyyət
Bakıda iri ticarət mərkəzi qəsdən yandırıldı? Sosial şəbəkələrdə yayılan məlumata əsasən, yanğın baş vermiş "EuroHome” tikinti materialları bazarının bir hissəsinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülməsi nəzərdə tutulurdu. İddiaya görə, bazarın rəhbərliyi verilən kompensasiya ilə razılaşmayıb. BakuCity.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli...