Dünyada yeganə metro Bakıdadır ki, iki xətt bir stansiyada birləşir

2 dəqiqədən aşağı interval tətbiq etmək mümkün deyil

"Metroda sıxlığın azaldılması üçün daim addımlar atılır. Metropoliten hazırda 25 stansiyadan ibarət struktura malikdir. İllik statistikaya baxsaq, son illər metro istifadəçilərinin sayı da artır. Gündəlik sərnişin sayı 800 minə çatır. Bu, metropolitenin hazırki imkanları üçün böyük rəqəmdir".

BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda "Həzi Aslanov" - "28 May" istiqamətində 2 dəqiqədən aşağı interval tətbiq etmək mümkün deyil:

"Dünyada yeganə "Bakı Metropoliteni"dir ki, "Yaşıl" və "Qırmızı" xətt "28 May" stansiyasında birləşir. İki xətt birləşir və "Həzi Aslanov" stansiyasına qədər bir xətt üzrə hərəkət edir. Əsas problem buradadır. Xətlər ayrılandan sonra problem tam aradan qaldırılacaq. Bunu layihəsi də var. Bununla bərabər yerin altında daha bir mürəkkəb sistem var. Bunlar qatarların hərəkətinə icazə verən sistemlərdir. Onların təkmilləşdirilməsi istiqamətində də işlərə başlanılıb. Bu problemlər aradan qaldırılsa, metropolitendə intervalı dəqiqə yarıma və 2 dəqiqəyə salmaq mümkün olacaq".

BakuCity.az

Bakı metro interval
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az
Cəmiyyət
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür. Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur. Ekspres və müntəzəm marş...
Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Cəmiyyət
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...