Üç qatar isə şəhər kənarında istifadə olunacaq
İsveçrənin “Stadler” şirkəti FLIRT elektrik və dizel sərnişin qatarlarını Azərbaycana satacaq.
BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Azərbaycan Dəmir Yolları” QSC və “Stadler” 10 FLIRT qatarının tədarükü üçün 115 milyon dollar məbləğində müqavilə imzalayıblar.
Həmçinin oxu: Bakıdan qatarla Gəncəyə daha tez çatacağıq - CƏDVƏL
Bu qatarlardan dördü dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq, altısı isə elektrik vasitəsilə idarə olunacaq.
Üç qatar regionlararası daşımalar üçün, digər üç qatar isə şəhərkənarı nəqliyyat qismində istifadə olunacaq.