Bakıda partiya sədrinin evinin işığını kim kəsib?

Bakıda partiya sədrinin evinin işığını kim kəsib?

Polisə təhvil veriblər

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) partiya sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuCity.az-a bildirib ki, BŞBPİ Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin (RPİ) və 37-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən İ.Ağazadənin yaşadığı ünvanın elektrik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.

Noyabrın 26-da saat 00:42 radələrində Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektrik naqili kəsilib. İ.Ağazadə elektrik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyərək saxlayıb, 37-ci PŞ-yə təhvil veriblər.

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilib ki, V.Yuriyeviç 2013-cü ildən ruhi-əsəb xəstəxanasında daimi qeydiyyatdadır.

Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.

Faktla bağlı Xətai RPİ 37-ci PŞ-də təhqiqat araşdırmaları davam etdirilir.

BakuCity.az

Bakı İqbal Ağazadə polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər