Məşhur tanqoçular Bakıya gəlir: muğam da sintez ediləcək

Məşhur tanqoçular Bakıya gəlir: muğam da sintez ediləcək

Səfər Beynəlxalq Bakı Tanqo Festivalı çərçivəsində reallaşacaq

2019-cu il tanqo rəqsi üzrə dünya çempionu Aqustina Pyacco və Maksim Gerasimov noyabrın 30-da Nizami Kino Mərkəzində ən maraqlı qala tanqo gecəsində çıxış etmək üçün tezliklə Bakıya gələcəklər.

BakuCity.az xəbər verir ki, səfər Beynəlxalq Bakı Tanqo Festivalı çərçivəsində reallaşır.

Həmçinin oxu:Beynəlxalq Bakı Tanqo Festivalı gerçəkləşir 

ƏN YAXŞI #BİLETİ ƏLDƏ ETMƏK ÜÇÜN YALNIZ BİR HƏFTƏ!

Argentina musiqisi və rəqsi ürəyinizi açacaq və möhtəşəm tanqo qala-şousu ilə Argentina mədəniyyətinin ruhunu duyacaqsınız.

Yerinizdə rahat əyləşin və ənənəvi tanqo, ecazkar musiqi və xalq rəqsini özündə birləşdirən mükəmməl performansdan zövq alın.

Həmçinin oxu: Bakı metrosunda tanqo şousu - VİDEO

Tanınmış bandoneon ifaçısı Viktor Hüqo Villena və görkəmli gitaraçı Lautaro Tissera şounu açıq elan edəcək. Konsertin proqramına ənənəvi tanqoda inqilaba yol açaraq caz və klassik musiqinin elementlərini özündə ehtiva edən, yeni üslubu təqdim etmiş dünyaca məşhur argentinalı tanqo bəstəkarı və tərtibatçısı Astor Piazzollanın ehtiras dolu musiqisi də daxildir. 

Gecədə Argentinanın 2019-cu ilə dünya və Avropa çempionları Aqustina Pyacco və Maksim Gerasimov, Xulio Saavedra və Tekla Qoqriçiani, İakof Şonski və Mariam Rossa, Çeçilia Akosta və Levan Qomelauri öz zərif əfsanəvi rəqslərini nümayiş etdirəcəklər.

Şou Argentina xalq musiqisinin və xüsusi qonaq qismində dəvət olunan yerli musiqiçilərin ifasında muğamın bir-birini tamamlayan sintezi ilə başa çatacaq.

Argentinanın Azərbaycandakı səfirliyi və "United Cultures"in "The Landmark Baku", "Bakı Metropoliteni" QSC, Nizami Kino Mərkəzi və "Nizami Restaurant&Lounge"-ın təşkilatçılığı və Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "NESS Company", "IN Tango Baku", "Tango On", "El Club de Tango", "Badi Kuba" və "R&N-project Dance School in Baku", "Macrobiosis Tango School"un dəstəyi ilə Beynəlxalq Bakı Tanqo Festivalı 28 noyabr – 1 dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.

Festivalın informasiya tərəfdaşı BakuCity.az saytıdır.

BakuCity.az

Bakı tanqo festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər