Hər ay maaşımızdan bu qədər pul tutulacaq - VİDEO

Məsələnin Milli Məclisin iclasında qəbul ediləcəyi gözlənilir

İcbari tibbi sığorta sahəsində bir sıra vacib dəyişikliklər ediləcək.

Belə ki, icbari tibbi sığorta haqqı öncədən müəyyən edilən 120 manatdan 90 manata endiriləcək. Bundan əlavə, özəl sektorda çalışanların maaşından icbari tibbi sığorta üçün tutulacaq məbləğ 2 faizdən 1 faizə düşəcək.

Yeni təkliflərin qısa zamanda Milli Məclisdə qəbul edilərək təsdiqlənəcəyi gözlənilir.

İcbari tibbi sığorta ilə bağlı öncədən müəyyən edilmiş maliyyə göstəricilərində vətəndaşların xeyrinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət başçısının təşəbbüsü ilə parlamentin Səhiyyə komitəsində müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Bu barədə "Xəzər Xəbər"ə danışan komitənin sədr müavini M.Quliyev icbari tibbi sığorta üçün tələb olunan minimal məbləğin öncəki ilə müqayisədə 30 manat azaldıldığını bildirib.

Millət vəkilinin sözlərinə görə, ediləcək ən önəmli dəyişikliklərdən biri isə özəl sektorda çalışan işçilərin maaşlarından tutulmaların öncəki məbləğlə müqayisədə azadılmasıdır.

O bildirib ki, vətəndaşların alacağı xidmətlər zərfində də dəyişikliklər ediləcək. Belə ki, öncədən qəbul edilən qaydalara əsasən icbari tibbi sığorta üçün hazırlanan baza zərfi ilə əlavə zərfdə olan xidmətlər birləşdiriləcək.

Millət vəkilinin sözlərinə görə, iqtisadi fəal, ancaq vergi-sığorta münasibətlərində iştirak etməyən bölgələrdəki fermer təsərrüfatı ilə məşğul olan şəxslər də 2023-cü ilə qədər dövlət hesabına icbari tibbi sığorta ilə təmin ediləcəklər.

M.Quliyev qeyd edib ki, dəyişikliklərdən sonra icbari tibbi sığorta büdcəsi 2 milyard manat olacaq, bu da tibbi xidmətlərin keyfiyyətinin kifayət qədər yüksəlməsinə təsir göstərəcək.

Qeyd edilən dəyişikliklərin Milli Məclisin növbəti plenar iclasında səsverməyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.

BakuCity.az

icbari tibbi sığorta əməkhaqqı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
224 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Evlərin alınması və təmiri prosesi başa çatıb Bakıda kirayə mənzillərin satışa çıxarılacağı vaxt açıqlanıb. BakuCity.az məlumat verir ki, bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. İpoteka və Kredit Zəmanət Fondu artıq bu mənzilləri təklif etməyə hazırdır. Bu il yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında fərman...
Cəmiyyət
Bir sıra yollar bağlanacaq Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti - Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Həmçinin oxu: Bakının bu yolları tam bağlanacaq - SİYAHI Qeyd edilib ki, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşr...
Cəmiyyət
Qonaqları Yeni il sürprizləri gözləyir Ləziz yeməklərlə bəzədilmiş süfrə, yolka ağacı, Şaxta baba, Qar qız, bayrama özəl sürprizlər, musiqi, şoular və atəşfəşanlıq – bir sözlə, 31 dekabrda əsl Yeni il ab-havası yaşamaq hər kəsin istəyidir. Bəs  bütün bunları hansı məkanlarda həyata keçirək? BakuCity.az bu məqsədlə paytaxtın ən prestijli restoranlarında təşkil ediləcək bayram tədbirləri və xidmətlərlə maraqlanıb. “Baku City”də Yeni ili ulduzlu şou-proqramla...
Cəmiyyət
Bu sistem bir sıra iri şəhərlərdə işləyir Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa “MasterCard” vasitəsilə ödəyə biləcək. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib. O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir. Həmçinin oxu: Bakıda...
Cəmiyyət
Mənzil bazarında qiymətlər artıb Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4% artıb. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deib. Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2% artım qeydə alınıb. Həmçinin oxu: Bakıda kirayə mənzil ala bilmək üçün ŞƏRTLƏR "Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü...
Ekologiya
Yağmursuz olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi r...
Mədəniyyət
Qaliblər məlumdur Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqəsi keçirilib. BakuCity.az xəbər verir ki, yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub. Əsas mübarizə "Folklor stilizasiya" və "Bollywood" rəqs növlərində olub....
Cəmiyyət
İşgəncələrə məruz qalmış uşaqlar atanın ikinci evliliyindəndir "Bizi ördəyin yerinə basırdı. Bıçağı Hüseynin boğazına dirəyib deyirdi ki, ananızı incitsəniz, boğazınızı kəsib kanala tullayacağam. Yemək istəyəndə ağzımıza acı istiot basırdı. Deyirdi ki, yemək istəməyin. Şişi qızdırıb Hüseynin ayağına basırdı". Bu sözlər ögey ana və atanın işgəncə verdiyi azyaşlı qardaşlardan birinə məxsusdur. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Qulu ona və qarda...
Cəmiyyət
Alternativ yollardan, ictimai nəqliyyatdan istifadə edin Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək mə...