Bakıda bazarda güclü yanğın - FOTO + VİDEO

Bakıda bazarda güclü yanğın - FOTO + VİDEO

Alov aptekə və digər mağazalara da keçib

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadənc xəbərinə görə, rayon ərazisindəki Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb.

Alov qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqadası cəlb edilib.

Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Bakıda bazarda güclü yanğın - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda bazarda güclü yanğın - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda bazarda güclü yanğın - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda bazarda güclü yanğın - FOTO + VİDEO, fotoşəkil-4

BakuCity.az

Bakı bazar yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər